peoplepill id: zarangiz-damirci-qayali
ZDQ
Azerbaijan
1 views today
1 views this week
Zarangiz Damirci Qayali
Azerbaijani poet

Zarangiz Damirci Qayali

The basics

Quick Facts

Intro
Azerbaijani poet
Work field
Gender
Female
Place of birth
Daş Salahlı, Gazakh District, Azerbaijan
Age
62 years
The details (from wikipedia)

Biography

Zərəngiz Dəmirçi Qayalı (tam adı: Zərəngiz Dəmirçi qızı Mansurova; d.20 yanvar 1962; Qazax, Daş Salahlı) — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairə.

Həyatı

Zərəngiz Mansurova 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kədində anadan olub. 1979-cu ildə Daş Salahlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar (AYB) və Jurnalistlər Birliklərinin (AJB), Jurnalist Qadınlar Assosiasiyasının üzvü, Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar surasının sədr müavini olan Zərəngiz xanım “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” “Kəsərli qələm” və digər media mükafatları laureatıdır. Yaradıcılığına görə AYB-nin Yeni Yazarlar və Sənətçilər Qurumunun “İlin qadın şairi”, “Qayalı” kitabı “Qarabağ mövzusunda ilin qadın yazarının kitabı” nominasiyasının qalibi, Beynəlxalq “Nizami Gəncəvi”, S.Vurğunun ev-muzeyinin “Səməd Vurğun”, AYB-nin R.Rza Fondunun Beynəlxalq “Rəsul Rza” və digər mükafatlarına, Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin dəstəyi ilə 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Nurəddin İsmayıllı ilə ailəli olan Zərəngiz QayalınınAynur, Ülkər, Abutel, İbrahim adlı övladları, Banu adlı nəvəsi vardır.

Fəaliyyəti

İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziyaverilişlərində əsərləri səsləndirilmiş Zərəngiz xanımın 2010-cu ildə “M.Şəhriyar” Ədəbi Birliyinin dəvəti ilə Təbriz, Məşhəd, Qəzvin, Rəşt, Miyanə və digər 30 şəhərində olmuş müəllifin “Haqqı sevdim” (2001), “Vəfam mənim” (2006)”, “Güllələnmişlər” (2006), “Qayalı” (2008), “Əziz rəhbər” (2013), “Oğul” (2016) adlı şeir və poemalardan ibarət kitabları dərc olunub. 2012-ci ildə Zərəngiz xanım haqqında “Yazıçı” nəşriyyatının “Xüsusi buraxılış”ı çapdan çıxıb. Həmçinin Neftçala şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının və Qazax Rayon İcra Hakimiyyətinin “Göyəzən” qəzetinin şairə haqqında “Xüsusi buraxılış”ları dərc edilib. Şairə 2016-ci ildə Avrasiya Sanat Kültür Edebiyyat ve Bilim Federasiyonuna (ASKEF), 2017-ci il yanvarın 17-də Türkiyə İlim ve Edebiyyat Eseri Şairlerinin Meslek Birliyi (İLESAM) qurumuna, aprelin 19-da Rusiya Federasiyası, “Gülüstan” - Dərbənd Ədəbi Birliyinin üzvlüyünə qəbul edilib. Bakı Yunus Əmrə Institutunun keçirdiyi “Tanpınarı kəşf edirəm!” esse yarışmasının 5 qalibindən biri olaraq 2017-ci il, aprelin 21-dən 26-dək Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Bursa, Konya şəhərlərinə getmişdir. Təbrizdə çıxan “Mişov dağı” dərgisində, Ahıska türklərinin “Altun Miras” saytında, Türkiyənin “Ortak ses” saytında, Türk kökəmli yazarların “Avrasiya sanat dərgisi”ndə dəfələrlə şeirləri dərc olunub. 2018-ci ildə “Mişov dağı” dərgisinin Redaksiya Heyətinin üzvü seçilib. Hal-hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsində çalışır.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Zarangiz Damirci Qayali is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Zarangiz Damirci Qayali
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes