peoplepill id: zaman-novruz
ZN
Azerbaijan
5 views today
5 views this week
The basics

Quick Facts

Place of birth
Kürdəmir, Azerbaijan
Place of death
Baku, Russian Empire
Age
72 years
The details (from wikipedia)

Biography

Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.

Yaradıcılığı

Ədəbi-bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. İlk yazdığı "Lal axan çay" məqaləsi "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Yaradıcılığında bədii publisistikaya xüsusi yer verən verən nasirin dövri mətbuatda 500-dən artıq elmi, elmi-kütləvi məqalələri, publisistik yazıları, hekayə və təmsilləri dərc olunmuşdu. Eyni zamanda bədii fotoqrafiya ilə ardıcıl məşğul olmuş, təbiət və canlı aləm mövzusunda çəkdiyi bədii fotolara görə müsabiqələrdə dəfələrlə mükafat almışdı. Əsərləri rus, türk, ingilis dillərinə tərcümə edilib nəşr olunmuşdur. 1987-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdu.

Kitabları

  • "Azərbaycan kurortları" (1965);
  • "Azərbaycanın canlı sərvətlərivə onun mühafizəsi" (1983);
  • "Təbiət səhvləri bağışlamır" (1988);
  • "Xəzərin qiymətli sərvəti" (1984);
  • "Təbiət qisas alarsa" (1990);
  • "Foto çəkməyi necə öyrənməli" (1965);
  • "Bədii fotoqrafiya" (1966);
  • "Fotolaboratoriyada yaradıcılıq" (1972);
  • "Məktəbdə foto dərnəyi" (1967);
  • "İstindaq fotoqrafiyası" (1968);
  • "Azərbaycan ov ensiklopediyası"
  • "Göy-göl" (1969);
  • "Sehrli rənglər" (1971);
  • "İnsan izləri" (1982);
  • "Ovçu çırağı ilə" (1986);
  • "Azərbaycanın ov faunası";
  • "Ov möcüzələri" (1991);
  • "Canavarın yuxusu" (1992);
  • "Boz qurda vəsiyyət" (1992);
  • "Vaxtsız ölən çaqqal" (1992);
  • "Oran, Qutan və Xosunun lətifələri" (1993);
  • "Ov və heyvanların davranışı haqqında" (1994);
  • "Gümüş-xallı, bığlı-zolaqlı, boz və əyripəncə" (1995);
  • "Xosunun 207 lətifəsi" (1995);
  • "Ovçu insaf elə" (1991);
  • "Bəxt aynası" (2000)

Mənbə

  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Zaman Novruz is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Zaman Novruz
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes