peoplepill id: yusif-nagmakar
YN
Russia Azerbaijan
2 views today
2 views this week
Yusif Nagmakar
��air

Yusif Nagmakar

The basics

Quick Facts

Intro
��air
Work field
Place of birth
Birinci Aşıqlı, Beylagan District, Azerbaijan
Age
69 years
Education
Azerbaijan State Pedagogical University
Baku, Baku Uyezd, Azerbaijan
Employers
AzTV
Azerbaijan
Awards
премии имени Расула Рзы
 
The details (from wikipedia)

Biography

Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu; 15 iyun 1955, Birinci Aşıqlı, Jdanov rayonu) — şair, yazıçı, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) almışdır. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıtmışdır. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası almışdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir. Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləmişdir. (1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış etmişdir. Daha sonra o, yenidən Bakıya qayıdaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Gənclər Baş redaksiyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlamış, kiçik redaktor, məsul katib, böyük redaktor, studiya direktorunun müavini kimi məsul vəzifələrdə çalışmışdır.(1983–2006) Sonra Azərbaycan Respublikası Prezident Administrasiyası İşlər İdarəsinin "Respublika" qəzetində xüsusi müxbir işləmişdir.(2006–2016) Hazırda qeyri–neft sektoru sahəsində-Azərbaycan Sənaye Korporasiyası "CTS Agro"MMC-nin mətbuat katibi vəzifəsində çalışır.

Yaradıcılığı

Yusif Nəğməkar bədii yaradıcılıqla çox erkən yaşlarından məşgul olmuş, 1970-ci ildən mətbuatda çap olunmağa başlamışdır. Həmin dövrdə bir müddət "Yusif Mədət" imzası ilə şerlərini çap etdirən Yusif Nəğməkar ilk qələm təcrübələri ilə xalq şairi Rəsul Rzanın diqqətini cəlb etmiş və Azərbaycanın görkəmli navator şairi Rəsul Rzanın onun haqqında yazdığı "Təsadüf" adlı məqaləsi "Ədəbiyyat və İncəsənət" qəzetində dərc olunmuş və bununla da Yusif Nəğməkar daha geniş miqyasda ədəbi mühitə təqdim olunmuşdur. O, Dövlət Televiziyasında işləyərkən vətənin, millətin taleyüklü məsələlərinə həsr olunmuş bir sıra telesenarilər yazmış, o cümlədən "Ulkanın qış nağılı", Bizim ellər yerindəmi?!" adlı və s. bu kimi maraqlı və yaddaqalan silsilə verilişlər hazırlamışdır. Onun 1984-cü ildə "Sazın işığında" adlı ilk seirlər kitabı "Gənclik" nəşriyyatında işıq üzü görür, daha 2 il sonra "Bilsəydim ayrılıqdır"… poeziya toplusu oxuculara təqdim olunur. Bundan sonra bir-birinin ardınca şairin "Alın yazım","Zal ağacı", "Vəslin edamı", "Çingiz çini","Bəsirət gözəli","Qələm səsi","Sevgim-mələklər yuxusu","Haqqın Qurbanı", "Altmışıncı yuxu", "Nizami demiş…" və s. adlı şer və poemaları toplanmış kitabları çap olunaraq müəllifinə ümumixalq məhəbbəti qazandırır. Yusif Nəşməkar serlərini vətən, Qarabağ həsrəti, məhəbbət, təbiət və gözəlliyə vurğunluq ruhunda yazır və oxucu bunu daim hiss edir. Onun yazdığı misralar isə daha fəlsəfi, məntiqi fikirlərlə ifadə olunaraq oxucuya çatdırılır və onu düşünməyə sövq edir. Onun yüksək musiqi duyumu da vardır. O vertioz-solo-saz ifaçısı kimi, 1981-ci ildə Agdamda keçirilən Xalq yaradıcılıgı Festivalının qalibi olmuşdur. Fortepiano və skripkada da ifa etməyi bacarır. Bu keyfiyyəti ona bəstəkar və müğənnilərlə daha səmərəli əməkdaşlıq etməyə imkan yaratmış, onu oxucu və musiqisevənlər arasında sözlərinə çox sayda mahnılar yazılmış populyar bir şair kimi tanıtmışdır.1987-ci ildə şerlərinə bəstələnmiş mahnılardan ibarət audio kaset-albom qardaş Türkiyə Respublikasında, 2004-cü ildə isə həm poeziya, həm musiqi sahəsindəki "Yusif Nəğməkar sənətinin sehrində"adlı disk və audio kaset-albomu isə "Səbuhi" studiyasında işıq üzü görür. Həmin ildə ona əsərlərindəki bədii ictimai-siyasi-fəlsəfi tutumu və aktuallığına görə Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" fondunun Rəsul Rza adına Beynəlxalq Ədəbi Mükafatı verilir. Türkiyədə baş vermiş tarixi Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala-türkə qala" adlı iri həcmli poemasına görə 2015-ci ildə Bakıdakı Türkiyənin Böyükelçiliyi və AYB-nin birgə müsabiqəsininnin qalibi olaraq "ilin şairi" fəxri adı, "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları verilir.

Şeirləri haqqında

Yusif Nəğməkarın əsərlərində əsas qəhrəmanlar azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparanlar olsa da, onun mövzuları, ideya-estetik maraq dairəsi daha genişdir. Onun şeirlərinə misallar: "Yanıq Kərəmi"yə oynama, "Sən şeir yazmağı tərgit, Füzuli", "Ay qatar!..", "Səndən özgəsini sevə bilmirəm", "Xudafərin körpüsü", "Kişilər aldanır göz yaşlarına", "Gözəllik müsabiqəsi", "Qıpçağım- Oğuzum", "Ata-Ana dilimiz", "Araz" və s.

Yusif Nəğməkar zərifliyi qoruyan şairdir. Onun üslubunda, şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Bəxtiyar Vahabzadə kimi bir poeziya azmanı, insan sərrafı bu qədər məhəbbətlə gerçəyi yazmazdı: "Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!"

Kitabları

  • "Bilsəydim ayrılıqdır", Bakı: Yazıçı, 1986. 62 səh.
  • "Mənə azadlıq verin",
  • "Alın yazım",
  • "Zal ağacı",
  • "Vəslin edamı", Bakı: 2008. 229 səh.
  • "Çingiz çini",
  • "Sevgim-mələklər yuxusu", Bakı: Şəms, 2013. 107 səh.
  • "Bəsirət gözəli", Bakı: Yazıçı, 2012. 315 səh.
  • "Qələm səsi", Bakı: Yazıçı, 2014. 628 səh.
  • "Nizami demiş…", Bakı: Gənclik, 2017. 167 səh.
  • "Sevgi məbədi", Bakı: "Gənclik", 2020. 271 səh.
  • "Mən Vətənə oxşayıram…", Bakı: Vektor, 2021. 139 səh.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yusif Nagmakar is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yusif Nagmakar
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes