peoplepill id: yunis-zargarli
YZ
Azerbaijan
2 views today
2 views this week
Yunis Zargarli
Azerbaijani educator

Yunis Zargarli

The basics

Quick Facts

Intro
Azerbaijani educator
Work field
Gender
Male
Birth
Place of birth
Salyan, Djevatskoye Uyezd, Baku Governorate, Azerbaijan
Death
Place of death
Salyan, Djevatskoye Uyezd, Baku Governorate, Azerbaijan
Age
82 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Yunis Zargarli
The details (from wikipedia)

Biography

Yunis Süleyman oğlu Zərgərli (1908, Salyan, Cavad qəzası1990, Salyan, Salyan rayonu) — Azərbaycanlı Pedaqoq

Həyatı

Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur.

Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1926-cı ildə "Şaiq Nümunə məktəbi"ni fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Çətin maddi vəziyyətə görə axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir.

1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyib. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir. 30–40-cı illərdə orta məktəbdə riyaziyyatın tədrisində ən mühüm problemlərdən biri riyazi terminologiyanın yaradılması olmuşdur. Y. Zərgərli əmisi Əli Zərgərli və böyük qardaşı İsmayılla bu prosesdə yaxından iştirak etmişdir. Beləliklə, 1940-cı ildə Azərbaycan dilində riyazi terminologiyanın yaradılmasında Zərgərlilərin, o cümlədən Yunis Zərgərlinin xidmətləri olmuşdur. Yusif Zərgərli işlədiyi Salyan şəhər 2 saylı təhsil ocağında nümunəvi təcrübə məktəbinin əsasını qoymuşdur.

1990-cı ildə vəfat etmişdir.

Mükafatları

Yunis Zərgərlinin əməyi dövlət tərəfindən qiymətləndirilmişdir. O, sovetlər dönəmində dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan Maarif Nazirliyinin, Salyan Rayon Partiya Komitəsinin fəxri fərmanlarını almışdır. O, Azərbaycan Respublikasının əməkdar müəllimi və "SSRİ maarif əlaçısı" adlarına, 1972-ci ildə SSRİ-nin ən ali mükafatı olan Lenin ordeninə layiq görülmüşdür.

Xatirəsi

  • Salyan şəhərində adına küçə var.
  • Haqqında bəsh edən Şagirlərinin mənəvi atası adlı kitab çap olunmuşdur.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yunis Zargarli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yunis Zargarli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes