peoplepill id: yunis-rzayev
YR
Armenia
1 views today
1 views this week
The basics

Quick Facts

Places
Gender
Male
Place of birth
Armenia, Armenia
Place of death
Baku, Russian Empire
Age
60 years
The details (from wikipedia)

Biography

Yunis Rzayev (azərb. Rzayev Yunis Qəhrəman oğlu‎; d. 2 may, 1924, Şişqaya, Basarkeçər rayonu, Göyçə mahalı – ö. 24 yanvar, 1985, Bakı) — Azərbaycan sovet ictimai və dövlət xadimi.

Həyatı

Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1943–1946–cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur.

1950-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962–ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957–ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Yunis Rzayev 1962–1963–cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963–cü ildən 1965–ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966–cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970–ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.

Yunis Rzayev 1954–1959–cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959–cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

1970-1973–cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985–ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir.

Böyük ictimai xadim Yunis Rzayev VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməyi dövlət tərəfindən "Lenin", "Oktyabr İnqilabı", üç "Qırmızı Əmək Bayrağı" ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.69-70.
  2. Tofiq Hüseynov. "Yaddaşlara həkk olunmuş mənalı ömür". "Respublika" qəzeti, 23 yanvar 2005.
  3. Tofiq Hüseynov. "Dünyаnın şirnisin, аcısın dаddım", Bakı, "Təbib", 2006. səh.180-182.
  4. Çingiz Fərəcov. "Həyatın burulğanında". "Ədəbi İrəvan-2006", Bakı, Nurlan nəşriyyatı, 2007. səh.449-460.
  5. "Kənd həyatı" qəzeti, 3 may, 2010, №05(8581)
  6. Qədir Aslan, "Qəlblərdə yaşayan insan", "Respublika" qəzeti. 2013.- 19 aprel.- Səh. 8.
  7. Bayramov, Vaqif. "Şərəfli ömür yolu", Üzümçülük və Şərabçılıq Komitəsinin sədri - Yunis Qəhrəman oğlu Rzayev / V.Bayramov // Xalq qəzeti. - 2013. - 28 aprel
  8. Məmməd, Əfşan. Mən görən kişilər / Ə. Məmməd. I kitab. - Bakı: Azərbaycan nəşriyyatı, 2002.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yunis Rzayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yunis Rzayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes