Yasar Xalilov
Quick Facts
Biography
Yaşar Xəlilov (11 aprel 1934, Bakı – iyun 2018) — Azərbaycan fotojurnalisti.
Həyatı
11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. "Azərbaycan Gəncləri" qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb. Əsgərliyə gedib döndükdən sonra redaksiyaya qayıdır. Müsabiqə yolu ilə "Bakı" qəzetinə dəvət alır. 1959-cu ildə dövlət AzTaq informasiya agentliyinə dəvət olunur. Xəlilov SSRİ-də tanınıb və yüksək qiymətləndirilib. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada işləmiş – Münxendə, Monrealda, Moskvada, Los-Anjelesdə və Seulda. Olimpiya çəkilişləri üzrə Yaponiyada b Photo 6 və Gran-pri mükafatlarına layiq görülüb. Xəlilov "Qızıl qələm" mükafatının laureatı, respublikanın əməkdar jurnalisti və əməkdar incəsənət xadimidir. Yaşar Xəlilov "Şöhrət" ordeni ilə təltif edilmişdir.