peoplepill id: yalcin-alizada
YA
Azerbaijan
1 views today
1 views this week
Yalcin Alizada
Azerbaijani scientist

Yalcin Alizada

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Gender
Male
Place of birth
Ganja, Ganja Oblast, Azerbaijan Soviet Socialist Republic, Sallarid dynasty
Age
83 years
Education
faculté de journalisme de l'université d'état de Bakou
Azerbaijan
Employers
Azerbaijan
Awards
journaliste honoré de la RSS d'Azerbaïdjan
 
Golden Pen Prize
 
Taraggi Medal
 
Baku State University 100th anniversary medal
 
Labor Order
 
The details (from wikipedia)

Biography

Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor.

Həyatı

Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır.

Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib. "Yasamal" qəbiristanlığında dəfn olunub.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Fəaliyyəti

"Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.

Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982–1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (Y. Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999–2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.

Yalçın müəllimin təşəbbüsü ilə "Azərbaycan" nəşriyyatında "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nın filialı, fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılmışdır. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalist, tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alim Yalçın Əlizadə həmçinin fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvüdür.

Tədris etdiyi fənlər

  • Televiziya və radiojurnalistikasının əsasları
  • Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi

Tədqiqat sahəsi

  • Televiziya və radio jurnalistikası

Kitabları

  • Muğanın mayakı. Bakı, 1961
  • Yer altında işıqlar. Bakı, 1972
  • Radiojurnalistikanın əsasları. Bakı, 1991
  • Azərbaycan efiri — tarix və müasirlik. (prof. Q. Məhərrəmli ilə həmmüəllif). Bakı, 2006
  • "Ədəbi redaktə" fənninin proqramı (bakalavr hazırlığı üçün) Bakı, 2012
  • Radio jurnalistikası:təməl biliklər. Elm və təhsil. Bakı, 2013
  • Zamanın rəngləri (məqalələr toplusu). Nurlan. Bakı, 2013

Məqalələri

  • Qoşa qanadın uğuru. Bakı, 2005
  • Vaxtında və yerində deyilən söz. Bakı, 2005
  • İşıqlı ömür. Bakı, 2006
  • Jurnalistikaya həsr edilmiş ömür. Bakı, 2007
  • "Heydər Əliyev və mətbuat" dördcildliyində jurnalistikaya yeni baxış. Bakı, 2008
  • Nəsillərin həyat məktəbi. Bakı, 2008
  • Azərbaycanda ali jurnalistika təhsili- Azərbaycan mətbuat tarixi antologiyası. Bakı, 2011
  • Xeyirxah əməllər yolçusu (prof. N. Babayevin elmi-pedoqoji fəaliyyəti haqqında). Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2011
  • Jurnalistlərin unudulmaz müəllimləri (prof. T. Rüstəmovun biblioqrafiyasına ön söz). Bakı, 2011
  • Müasir jurnalistika təhsili: problemlərə baxış. "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi". I Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı, 2012
  • Nəsillərin həyat müəllimi. (Azərbaycan televiziyasının inkişaf tarixi), "Yeni medianın humanitar aspektləri" elmi-praktik konfransının materialları. Bakı, 2013
  • "Jurnalistikamızın vicdan səsi". "Jurnalistika – Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans materialları, Bakı, 2014

Haqqında

Professor Şirməmməd Hüseynov:

"Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə etdi: Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir."

Mükafatları

1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə 1966-cı ildə "Qızıl qələm" mükafatı laureatıdır. Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

2019-cu ildə Əlizadə Yalçın Mustafa oğlu Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yalcin Alizada is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yalcin Alizada
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes