Xoja ahror
Quick Facts
Biography
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (1404—1489) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi.
Həyatı
Ubeydullah ibn Mahmud1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi.
Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı.
Daha sonra Səmərqənddən ayrılıb Herata getdi. Heratda Kübraviyyə şeyxi Bahaəddin Ömər, Sa‘dəddin-i Qaşqari və Zeyniyyə təriqətinin piri Zeynəddin əl-Xafi kimi sufilərin söhbətlərinə qatıldı. Heratdakı iqamətinin dördüncü ilində (1431) Çağaniyan tərəfindəki Hülgatu kəndinə gedib Nəqşibəndi şeyxi Yaqub-i Çərxiyə intisab etdi. Üç aya yaxın Çərxinin söhbətlərində iştirak etdi və şeyxindən xilafət alaraq Herata döndü. Ertəsi il Daşkənddə irşad fəaliyətinə başladı, bir yandan da əkinçilik və ticarətlə məşğul olurdu.
1451-ci ildə Səmərqəndi ələ keçirib paytaxt edən Teymurlulardan Əbu Səid mirzənin dəvətinə görə iyirmi il iqamət etdiyi Daşkənddən ayrılaraq Səmərqəndə yərləşdi. Burada da əkinçilik və ticarətlə məşğul olmağa davam etdi. Mavəraünnəhrin Səmərqənd, Buxara, Daşkənd, Karşı kimi şəhərlərində çox sayda dükan, bağça, kənd, məzrə və sulama kanalı satın aldı; bunların bir qismini məscid, mədrəsə və təkkələrə vəqf etdi. Sultan Əbu Səidin yerinə keçən oğlu Sultan Əhməd mirzə ilə Daşkənd yaxınlarında Şahruxiyədə qeyri-müslim Moğol və Özbək əsgəri arasındakı savaşı durdurdu və barış bağlanmasına şərait yaratdı (1485). Bu arada bir çox şəxsin İslamı qəbul etməsinə vəsilə oldu.
Ubeydullah Əhrar 20 fevral 1490-cı ildə Səmərqənddə vəfat etdi və burada dəfn edildi. İki oğlu və iki qızı olmuş, geridə bir çox vəqf əsəri və mürid buraxmışdır. Oğulları Məhəmməd Yəhya və Məhəmməd Abdullah ilə Mir Əbdüləvvəl, Fəxrəddin Əli Safi, Mövlanə Şeyx Əhməd, Seyyid Əli Kürdi Məqtul, İsmayıl Şirvani, Mövlanazade Otrari, İsa-yi Fazil Buxari, Şeyx Axta, Abdullah-ı İlahi, Məhəmməd Qazi-i Səmərqəndi və Məhəmməd Zahid Vəhşivari öndə gələn xəlifələridir. Nəqşibəndiyyə təqiqətı daha ziyade son üç xəlifəsiylə davam etmişdir. XVIII əsrdə Mehmed Emin Tokadi tərəfindən Məhəmməd Qazi-i Səmərqəndi ilə Məhəmməd Zahid Vəhşivari eyni şəxs zənn edilərək Qazı Məhəmməd Zahid deyə bir ad ortaya atılmış və bu yanlışlıq sonrakı bir çox əsərdə təkrarlanmışdır. Ubeydullah Əhrar ilə davam edən Nəqşibəndiyyə silsiləsinə Əhrariyyə adı verilmişdir. Xalqa şəxsən yardım edən Ubeydullah Əhrar gəncliyində Səmərqənddə bəzi xəstələrə xidmət etmişdir. Xalqı sultanların zulmündən qorumaq üçün sultanlarla yaxşı münasibət qurmuş, savaşmağa hazır olan hakimləribarışdıraraq xalqı qətli-amlardan qorumuş, bir hökmdarın yanında olub onun dinə zidd davranışlarını və zulümlərini əngəlləmənin, bir məzlumun könlünü xoş etmənin nafilə ibadətlərdən daha üstün sayıldığını söyləmişdir. Ayrıca çalışıb qazanmağa önəm verir, kimsədən hədiyə qəbul etməzdi.
Mənbə
- Ənvər Çingizoğlu, Xacə Ubeydullah Əhrar və onunla bağlı sənədlər, "Soy" еlmi-kütləvi dərgi, 2012, №5, səh.37-42.