peoplepill id: xaqani-mammadov
XM
Azerbaijan
1 views today
1 views this week
Xaqani Mammadov
Azerbaijani scientist

Xaqani Mammadov

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Gender
Male
Place of birth
Aghjabadi, Aghjabadi District, Azerbaijan
Age
70 years
Employers
Azerbaijan State Pedagogical University
Baku, Baku Uyezd, Azerbaijan
Xaqani Mammadov
The details (from wikipedia)

Biography

Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor.

Həyatı

Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur.

1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.

Elmi-pedaqoji fəaliyyəti

1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur.

1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir.

1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.

1989-ci ildə müsabiqədən keçdiyinə görə "Siyasi tarix" kafedrasının Təbiət fakültələri üzrə dosent vəzifəsinə seçilir.

1994-cü ildə Təbiət fakültələri üzrə "Siyasi tarix kafedrasının dosenti vəzifəsini tutur.

1995–2003-cü illərdə Bakı Biznes Universitetinin prorektoru və Humanitar elmlər kafedrasının müdiri vəzifələrini icra etmişdir.

1998-ci ildə "Azərbaycanda maarifçilik və milli hərəkat" (XIX yüzilliyin sonları -XX yüzilliyin əvvəlləri) mövzusunda müdafiə edərək tarix elmləri doktoru,alimlik dərəcəsi almışdır.

1999-cu ildə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasına dosent vəzifəsinə kеçirilir.

1999-cu ildə "Aydınlarımızın istiqlal mücadiləsi" adlı kitabı nəşr edilmişdir.

2000-ci ildə Müsabiqə yolu ilə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasının professor əvəzi vəzifəsini tutur.

2001-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul olunur.

2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdаfiə Şurasının yanında Elmi seminarın sədri təyin edilmişdir.

2005-ci ildə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında 0.5 ştat əvəzçiliklə qalmaqla başqa işə keçdiyi üçün tutduğu vəzifədən azad edilir.

2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsinin dekanı vəzifəsinə təyin edilir.

2007-ci ildə Azərbaycan Müəllimlər Institutunun Ağcabədi filialına direktor təyin edilmişdir.

2015-ci ildə-Azərbaycan Kooperasiya Universitetində professor müəllim fəaliyyatinə başlamışdır.

Hal-hazırda ADPU-nun Azərbaycan tarixi kafedrasının professorudur.

Əsərləri (nəşr olunmuş kitabları)

  1. 1991-"XX əsrin siyasi tarixi" (I hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
  2. 1995-"XX əsrin siyasi tarixi" (I hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
  3. 1995-"XX əsrin siyasi tarixi" (II hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
  4. 1996-"Azərbaycan milli hərəkatı",1875–1918-ci illər, (mоnоqrаfiyа).
  5. 1999-"Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti" (1918–1920-ci illər),(kitab,həmmüəllif).
  6. 2000-"Azərbaycan tarixi",Ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik (həmmüəllif).
  7. 2005-"Azərbaycan xalqının milli istiqlal mübarizəsi"(XIX yüzilliyin sonları -XX yüzilliyin əvvəlləri),dərslik.
  8. 2006-"Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri",(həmmüəllif).
  9. 2008-"Erməni iddiaları və azərbaycanlıların soyqırımı"(həmmüəllif).
  10. 2014-"Azərbaycan tarixi",Ali məktəblər üçün dərslik-Bakı Dövlət Universiteti (1-ci nəşr).
  11. 2015-"Azərbaycan tarixi", Ali məktəblər üçün dərslik-Bakı Dövlət Universiteti (2-ci nəşr).

Üzv olduğu qurumlar və mükafatları

2000–2013-cü illərdə Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Belarusiya, Polşa, Almaniya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanda elmi ezamiyyətlərdə olmuşdur.

2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda və Bakı Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şuralarının üzvü olmuşdur.

2003-cü ildə Səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq Respublika Təhsil Nazirliyinin "Fəxri fərman"ı ilə təltif оlunur.

2008-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

2009-cu ildə "İlin nüfuzlu ziyalısı" fəxri adını alır.

2013-cü ildə Nyu-Yorkda Beynəlxalq Elmi Konfransda "Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir" Mövzusunda Elmi Məruzə ilə çıxışı.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Xaqani Mammadov

Basics

Introduction

Həyatı

Elmi-pedaqoji fəaliyyəti

Əsərləri (nəşr olunmuş kitabları)

Üzv olduğu qurumlar və mükafatları

Lists

Also Viewed

Lists
Xaqani Mammadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Xaqani Mammadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes