peoplepill id: xanlar-bayramov
XB
Azerbaijan
2 views today
2 views this week
Xanlar Bayramov
Azerbaijani journalist

Xanlar Bayramov

The basics

Quick Facts

Intro
Azerbaijani journalist
Work field
Gender
Male
Birth
Place of birth
Gadabay District, Azerbaijan
Age
77 years
The details (from wikipedia)

Biography

Xanlar Bayramov -telejurnalist, sənədli filmlər müəllifi, araşdırmaçı yazar.

Həyatı

Xanlar Cabbar oğlu Bayramov görkəmli jurnalist, telejunalist, araşdırmaçı yazar, bir çox sənədli filmlərin müəllifi. Xanlar Bayramov 1948-ci ildə Gədəbəyin Soyuqbulaq kəndində doğulub. Uşaqlığı orada keçib. Azərbaycana, onun təbiətinə, tarixinə dərindən bağlanıb. Onun milli ruhuna və tarixinə bağlılıq buradan qaynaqlanır. Sonrakı dönəm bütün araşdırma və yazılarında, sənədli filmlərində ana xətt vətən, onun tarixi şəxsiyyətləri, qəhrəman oğulları olmuşdu. Xanlar Bayramov həmçinin Azərbaycan Cümhuriyyəti, sovet dönəmi Azərbaycan siyasi mühacirəti, onların varisləri, sonrakı yaşamları ilə bağlı araşdırmaları ilə böyük iz qoyub. Rəfibəylilər, Yusifbəylilər, Şeyxzamanlılar, Xan Xoylular, Qacarlar, Ziyadxanlılar, Kazımbəylilər, Səfikürdlülər və s. soylarla bağlı ciddi araşdırmalar aparıb və bir çox qaranlıq məqamları üzə çıxarıb. "Gəncə üsyanı", "Dəli Alı", "Samuxlu Qaçaq Məmmədqasım"," Rəfibəylilər" və s. adlı sənədli filmlər hazırlayıb. Həmçinin "Gəncə üsyanı-1920", "Samuxlu Qaçaq Məmmədqasım" adlı kitab yazıb. 1992-ci ildə mühacirlərin sorağı ilə İstanbulda olub. Orada Hacıbaba Gəncəli-nin(Mehmetzadə) nəvəsi, həmçinin Hüseyinqulu Xan Xoylunun nəvəsi Kərim Mehmetzadə ilə, Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanım Göygöllə, Əlimərdan bəy Topçubaşinin nəvəsi Zərifə Kürdəmirlə, Xudadat bəy Rəfibəylinin nəvəsi Aydın Aranla, Nağı Şeyxzamanlının oğlu Yavuz Keykurunla, Adil Xan Ziyadxanlının qızı Mahrux xanımla(Xan Xoylu), Gəncə üsyanın rəhbəri Cahangir bəy Kazımbəyli və Valiyyə Kazımbəylinin oğlu Ali Fərid Kazımbek-lə, Gəncə üsyanı da fəal rol oynamış Sarı Ələkbərın qızı Birliyant Aküzümlə görüşmüş onlardan və onlardan çox əhəmiyyətli məlumatları alıb Azərbaycana gətirmişdi. Həmçinin həmin görüşləri videolentə alaraq Azərbaycan tamaşaçısına o unudulmaz fədailərin varislərini tanıtmışdır. 1997-ci ildə yenidən Türkiyədə olmuş, Elazığ vilayətinə getmiş və Samuxlu Məmmədqasımı məzarı başında ziyarət etmişdi. Onun qardaşı Əsədlə de görüşmək imkanı bulmuşdu. 2008-ci ildə Azərbaycan Cümhuriyyətinin 90 illiyi ilə bağlı Yüksəl Bağırov tərəfindən hazırlatdırılmış "Azərbaycan Cümhuriyyəti liderlərinin Gəncədə qarşılanması" adlı böyük rəsm əsərinin təqdimatının əsaş təşkilatçılarından və tanıtımçılarından biri o idi. 2010-cu il 6 mart onun son sevincli günü oldu. Yazmış olduğu " Gəncə üsyanı - 1920" adlı kitabı həmin gün təqdim olundu. Həmin gündən 1 həftə sonra, 13 mart tarixində Xanlar Bayramov fiziki olaraq bizləri tərk etdi. Məzarı Bakıdadır. Xanlar müəllimin iki qızı var. Leyla və Lalə Bayramovlar. Lalə Bayramova-Cavadova Amerikada yaşayır. Böyük qızı Leyla xanım öz övladına Xanlar Bayramovun adını verib.

Filmoqrafiya

  1. Cümhuriyyət generalları (2006)
  2. Rəfibəylilər (2009)
  3. Samuxlu Qaçaq Məmmədqasım
  4. Qaçaq Dəli Alı
  5. Gəncə Üsyanı
  6. Xan Xoyiskilər
  7. Hərb tariximizdən
  8. Vətəndən iraq düşənlərimiz
  9. İstiqlal qurbanları
  10. Xalq Qəhrəmanları
  11. İstiqlal yollarında

Kitabları

  • Gəncə üsyanı - 1920
  • Samxulu Qaçaq Məmmədqasım
  • Soyuqbulaq yurdum mənim(öz doğulduğu kənd haqqında)
  • "Onu Gəncə böyütmüşdü" (Tofiq Bağırov haqqında). Zakir Sadatlı ilə birlikdə

Çalışdığı yerlər

  1. AZTV
  2. GÜN.AZTV

Şəkillər

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Xanlar Bayramov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Xanlar Bayramov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes