peoplepill id: xalida-hasilova
XH
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Female
Place of birth
Zagatala, Zaqatala District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
76 years
Education
Saint Petersburg State University
Saint Petersburg, Russian Empire, Russia
Awards
Honorary decree of the Presidium of the Supreme Soviet of the Azerbaijan SSR
 
Order of the Red Banner of Labour
 
Honored Culture Worker of the Azerbaijan SSR
 
The details (from wikipedia)

Biography

Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.

Həyatı

Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının başredaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimiçalışmışdır.

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979
  • Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980

Yaradıcılığı

Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə dəədəbiyyatımızı zənginləşdirmişdir.N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir.Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır.Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksəkkeyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Xalida Hasilova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Xalida Hasilova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes