peoplepill id: vugar-novruzov-1
VN
Azerbaijan
1 views today
2 views this week
Vugar Novruzov
Head of the Naftalan City Executive Power

Vugar Novruzov

The basics

Quick Facts

Intro
Head of the Naftalan City Executive Power
Gender
Male
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
44 years
Family
Education
Azerbaijan Technical University
Baku, Baku Uyezd, Azerbaijan
Azerbaijan State University of Economics
Baku, Baku Uyezd, Azerbaijan
Academy of Public Administration of Azerbaijan under the President of the Republic of Azerbaijan
Baku, Baku Uyezd, Azerbaijan
Awards
Medal "For Distinction in Public Service"
(2017)
Jubilee medal "100 years of Heydar Aliyev (1923-2023)".
(2024)
The details (from wikipedia)

Biography

Vüqar Vahid oğlu Novruzov (7 oktyabr 1980, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2019-cu ildən).

Həyatı

Vüqar Novruzov 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyəti

Fəaliyyətinə 2002–2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Təltifləri

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə, 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vugar Novruzov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Vugar Novruzov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes