peoplepill id: vugar-ahmadov
VA
Azerbaijan
1 views today
4 views this week
Vugar Ahmadov
���Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Vugar Ahmadov

The basics

Quick Facts

Intro
���Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Place of birth
Mingachevir, Azerbaijan
Age
50 years
Education
Azerbaijan State University of Economics
Baku, Baku Uyezd, Azerbaijan
Academy of Public Administration of Azerbaijan under the President of the Republic of Azerbaijan
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Azerishiq Open Joint-Stock Company
The details (from wikipedia)

Biography

Əhmədov Vüqar Cəbrayıl oğlu (3 yanvar 1975, Mingəçevir) — "Azərişıq" ASC-nin sədri (7 yanvar 2020–indi), "Azərişıq" ASC-nin sədrinin müavini (2015–2020), İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru.

Həyatı

Vüqar Əhmədov 3 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015–2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir.

Ailəlidir. 2 övladı var.

Əmək fəaliyyəti

Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.

14 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə sədr müavini vəzifəsinə təyin olunub.

7 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəcamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vugar Ahmadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Vugar Ahmadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes