peoplepill id: vladimir-pletnyov-1
VP
Russia
3 views today
3 views this week
The basics

Quick Facts

Places
Work field
Gender
Male
Place of birth
Goychay, Goychay District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
41 years
Education
Baku Choreography Academy
(1957-1966)
Awards
Honored Artist of the Azerbaijan SSR
(1970)
People's Artiste of the Azerbaijan SSR
(1978)
State Prize of the Azerbaijan SSR
(1974)
The details (from wikipedia)

Biography

Vladimir (Volodya) Nikolayeviç Pletnyov (8 dekabr 1946, Göyçay21 fevral 1988, Bakı) — Azərbaycan-sovet balet artisti, xareoqraf, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).

Həyatı

Vladimir Pletnyov 8 dekabr 1946-cı ildə Göyçay şəhərində qulluqçu ailəsində anadan olub. Ailəsini erkən itirən Pletnyov Bakıya gələrək baba və nənəsinin himayəsində yaşayıb. 1953–1961-ci illərdə Həzi Aslanov adına Zabitlər evində rəqs dərnəyinə gedib və burada kiçik balet partiyaları ifa edib. Dərnək müəllimlərinin tövsiyəsi ilə 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbi daxil olub və buranı 1966-cı ildə bitirib. Xoreoqrafiya məktəbinin üçüncü sinfində oxuyanda Pyotr Çaykovskinin "Yatmış gözəl" baletindəki Karabos rolu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında debüt edib və qazandığı uğura görə son kursdan balet truppasına solist qəbul edilib.

Vladimir Pletnyov 1973-cü ildən Bakı Xareoqrafiya Məktəbində duet rəqs dərsləri vermişdir. 1978-ci ildə ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin olunmuş, bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil etmişdir. V. Pletnyov 21 fevral 1988-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

V. Pletnyov Böyük Teatrın truppası ilə İsveçrədə, həyat yoldaşı balerina Çimnaz Babayeva ilə 1972-ci ildə Seneqalda və Nepalda qastrol səfərlərində olmuşdur. 1975-ci ildə "Əfsanələr aləmində" film-baletində çəkilmişdir. 1979-cu ildə Voronej Opera və Balet Teatrında tamaşaya qoyulmuş "1001 gecə" (Fikrət Əmirov) əsərində balet məşqçisi işləmişdir. Milli Azərbaycan baletinin ifaçısı Qəmər Almaszadə haqqında monoqrafiyanın müəllifir.

Solist işlədiyi on üç il ərzində ifa etdiyi əsas partiyalar bunlardır:

  • "Xanım və xuliqan", Dmitri Şostakoviç — Xuliqan
  • "Yatmış gözəl", Pyotr Çaykovski — Dezire
  • "Sonalar gölü", Pyotr Çaykovski — Şahzadə Ziqfrid
  • "Zoluşka", Sergey ProkofyevŞahzadə
  • "İlham", Leonid Vaynşteyn — Gənc
  • "Jizel", Adolf AdanAlbert
  • "Don Kixot", Lüdviq Minkus — Bazil
  • "Paxita", Lüdviq Minkus — Kavaler Qrand
  • "Yeddi gözəl", Qara QarayevBəhram
  • "İldırımlı yollarla", Qara Qarayev — Gert
  • "Leyli və Məcnun", Qara Qarayev — Məcnun
  • "Nəsimi dastanı", Fikrət Əmirov — Nəsimi
  • "Muğam", Nazim Əliverdibəyov — Oğlan
  • "Qız qalası", Əfrasiyab Bədəlbəyli — Polad və Cahangir xan
  • "Məhəbbət əfsanəsi", Arif Məlikov — Fərhad və Vəzir
  • "Qobustan kölgələri", Fərəc Qarayev — Rəssam

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 yanvar 1978 (Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə)
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 may 1970 (Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə)
  • Azərbaycan SSR Dövlət mükafatı— 26 aprel 1974 (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin partiyasına görə)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vladimir Pletnyov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Vladimir Pletnyov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes