Vidadi Qafarov
Quick Facts
Biography
Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti.
Həyatı
Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)«Teatrşünaslıq» fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1990-1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994-1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun «Teatr, kino və televiziya» şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçisi vəzifəsində çalışıb.Hazırda «Teatr, kino və televiziya» şöbəsinin müdiri vəzifəsində çalışır.
1999-cu ildə «Azərbaycan sənətşünaslığının 2001-2005-ci illər üçün inkişaf konsepsiyası»nı, 2008-ci ildə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nın İnstitut üzrə layihəsini hazırlayan işçi qrupunun üzvü olub.
2009-cu ildə Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün «Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü» mövzusunda dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müxtəlif beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi olub.
1985-ci ildən dövri mətbuatda çap olunur. 1995-2008-ci illər arasında "Press Fakt", "Şəkərvillası", "Planet", "Gün səhər" qəzetlərində məsul katib, redaktor vəzifələrində işləyib. Teatrın, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair, yerli və xarici mətbuatda dərc edilmiş 100-dən artıq resenziya, portret, publisistik, 20-dən çox elmi məqalənin müəllifidir. 10-a yaxın kitabın tərcüməçisi və redaktorudur.
2018-ci ildə teatrşünas Elçin Cəfərovla birlikdə Teatro.az sənət portalının əsasını qoyub.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Təltif və mükafatları
- 1. Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı və Diplomu;
- 2. AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri Fərmanı
Elmi əsərləri
- 1. Azərbaycan teatrının janr poetikası. Bakı, Qanun nəşriyyatı, 2012. 160 səh. Monoqrafiya.
- 2.Tamaşaçı problemi cəmiyyətin informasiya mədəniyyətinin göstəricisi kimi. // İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2009, № 4 (30), 191-195.
- 3. К проблеме генезиса азербайджанского театра. // Известия НАН Республики Казахыстан. Серия естествен-ных наук. Алматы. НАНРК. ийул-август 2010 № 4 (277).