peoplepill id: vaqif-ibrahim
VI
Russia
4 views today
4 views this week
The basics

Quick Facts

Places
Work field
Gender
Male
Place of birth
Shaki, Nukhinsky Uyezd, Elisabethpol Governorate, Azerbaijan
Death
Place of death
Sumgait, Azerbaijan
Age
37 years
Awards
Lenin Komsomol Prize of the Azerbaijan SSR
 
The details (from wikipedia)

Biography

Vaqif İbrahim (tam adı: İbrahimov Vaqif Əliyar oğlu) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978).

Həyatı

Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir.

Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.

Əsərləri

  1. Bu torpaqda doğulanlar. Bakı: Gənclik, 1970, 126 səh.
  2. Ömür balladası. Bakı: Gənclik, 1970, 31 səh.
  3. Dünyanın keşiyində. Bakı: Gənclik, 1974, 87 səh.
  4. Baykal-Amur magistralında. Bakı: Gənclik, 1975, 102 səh.
  5. Mehribanlıq işığı. Bakı: Yazıçı, 1981, 121 səh.
  6. Taleyimə yazılanlar (şeirlər). Bakı: Gənclik, 1985, 188 səh.
  7. Vaxtla üz-üzə. Bakı: Gənclik, 1982, 228 səh.
  8. Taleyimə yazılanlar. Bakı: Gənclik, 1984, 212 səh.
  9. "Mən də varam- Xan nəşriyyatı,2015

Yaradıcılığı

ANA VƏ KÖRPƏ

Beşik;
Yelkənli qayıq,
Doğma ev
ilk limanı.
Anadır
bu qayığın
özülü: "kapitanı"…

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vaqif Ibrahim is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Vaqif Ibrahim
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes