Valentin Mirinov
Quick Facts
Biography
Mirinov Valentin Akimoviç - Sovet İttifaqı Qəhrəmanı.
Həyatı
Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir.
1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdur.
Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir.
Ordu həyatı
Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır.
Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir.
Qəhrəmanlığı
Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi.
Fəxri adı
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.