peoplepill id: vahid-qurbanov
VQ
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Place of birth
Əyyublu, Tovuz District, Azerbaijan
Place of death
Khojavend District, Azerbaijan
Age
19 years
The details (from wikipedia)

Biography

Vahid Elşad oğlu Qurbanov (27 yanvar 2001; Əyyublu, Tovuz rayonu — 30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Vahid Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə E.Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016-2018-ci illərdə K.D.Uşinski adına 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Vahid Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vahid Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vahid Qurbanov oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vahid Qurbanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Vahid Qurbanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes