peoplepill id: turab-rzayev
TR
Russia
6 views today
11 views this week
The basics

Quick Facts

Places
Gender
Male
Place of birth
Baku, Russian Empire
Age
37 years
The details (from wikipedia)

Biography

Turab Rzayev ( Turab Rəşid oğlu Rzayev; d. 1987, Azərbaycan SSR, Bakı) — Azərbaycanlı siyasi analitik, Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə azərbaycanlı üzvü, İctimai Televiziyanın Hüquq və Beynəlxalq Əlaqələr departamentinin sabiq rəhbəri, prezident təqaüdçüsü. ,Hindistan Kənd Təsərrüfatı İxrac Şurasının üzvü.

Həyatı

Turab Rzayev Rəşid oğlu 18 oktaybr 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 686 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, daha sonra təhsilini Xüsusi İstedadlar qrupunda ingilis dilində Harvard Universiteti kurrikulumuna əsasən davam etdirmişdir. Universitet illərində ictimai məsələlərdə fəal iştirak edərək, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Tələbə Elmi Cəmiyyəti Komitəsinin üzvü, Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədr müavini, fakültə və universitet Elmi Şuralarının üzvü olmuş, eyni vaxtda yerli televiziya kanalları ilə, xüsusilə İctimai Televiziya ilə fəal əməkdaşlığa başlamış, bir neçə elmi və gənclərlə bağlı verilişlərin əsas iştirakçı və tamaşaçı kontingentinin BİM fakültəsi tələbələrindən təşkil olunmasına nail olmuşdur. Turab Rzayev 2009-cu ildə universiteti fərqlənmə ilə bitirmişdir. Həmçinin T.Rzayev 2009-cu ildə Azərbaycanda verilən GMAT imtahanlarında 660 bal baryerini keçən ilk azərbaycanlı olmuşdur. Turab Rzayev Böyük Britaniyanın ən məşhur universitetlərindən Varvick (Warwick Business School), Siti (Cass Business School) universitetlərinin Biznes məktəbləri və Edinburq Universitetinin İqtisadiyyat Məktəbi (iqtisadiyyat və maliyyə üzrə) qəbul mərhələsini uğurla keçmiş, öz təhsilini bu universitetlərdə davam etdirmək üçün müsabiqəyə dəvət edilmişdir.2009-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində əsgərliyini başa vurmuşdur.

Fəaliyyəti

Hərbi xidmətdən qayıtdıqdan sonra kiçik bir şirkətin yerli nümayəndəsi kimi fəaliyyət göstərmiş, eyni vaxtda İctimai Televiziya və Radio Yayımları Şirkətində Hüquq və Beynəlxalq Əlaqələr üzrə məsləhətçi, baş məsləhətçi kimi çalışmışdır. 2011-ci ilin dekabr ayından etibarən İctimai Televiziyanın Hüquq və Beynəlxalq Əlaqələr departamentinə direktor müavini təyin olunmuşdur. Televiziyanın Avropa və Asiyada nümayəndəlik və şəbəkələrinin qurulmasında, regional və ümumdünya radio və televiziya birliklərinə üzvlük qazanmasında birbaşa iştirak etmişdir. Avropa Yayımlar Birliyində və Asiya Yayımlar Birliyində nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş, eyni vaxtda fərqli Avroviziya musiqi yarışmasının nümayəndə heyətlərində, maliyyə meneceri, administrativ menecer, hüquq və beynəlxalq əlaqələr meneceri kimi fəaliyyət göstərmişdir.

Avropa Yayımlar Birliyinin Müəllif Hüquqları Komitəsinin üzvü, Hüquq və Siyasət Komitəsinin üzvü seçilmiş,həmçinin Hüquq və Siyasət Komitəsinə Şərqi, Cənub-Şərqi Avropadan (Rusiya və Türkiyə daxil olmaqla) seçilən ilk üzvdür. Komitə media və media hüquqları sahəsində Avropa İttifaqına tövsiyə vermək hüququndadır, əsas gündəm maddələri olaraq Personal Data Protection Act (Avropa vətəndaşlarının şəxsi məlumatlarının Avropada saxlanılması, Amerikaya aparılmasının qarşısının alınması) və Green Paper (Transatlantik Ticarət və İnvestisiya Paktı) üzərində çalışmalarda iştirak etmiş, Azərbaycan ərazisində yayımlanacaq bütün beynəlxalq, regional və yerli yarışmaların yayım hüquqlarının alınmasında və təşkilati məsələlərinin həllində birabaşa rol oynamışdır.2013-cü ildən etibarən "Azərsun" Holdinqdə baş direktor köməkçisi vəzifəsində çalışır. Bütün holdinq sənədlərinin dövriyyəsi, holdinqin möhürləri, rəsmi sənədləri və onların nömrələnmə sistemi, dövlət idarələri və beynəlxalq nümayəndəliklərlə münasibət də daxil olmaqla, holdinq daxili iclasların keçirilməsi, iclas protokollarının hazırlanması, yayılması və həyata keçirilməsinin izlənilməsi T.Rzayevin fəaliyyətinə daxildir.

Bundan əlavə paralel holdinq şirkətlərinin birinin direktor müavini, direktoru, son 1 ildir isə Export Ticarət Şefi olaraq fəaliyyət göstərir. Bu fəaliyyətlərlə bərabər 2015-ci ildə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Konfransına xüsusi qonaq kimi Tailanda, 2016-cı ildə Hindistanın indiki Vitse-Prezidenti Vankaiya Naidu tərəfindən Azərbaycan mədəniyyətini tanıtmaq üçün xüsusi qonaq kimi Hindistana dəvət olunmuşdur. 2016-ci ildə Türkmənistan dövlət televiziyası rəhbərliyinin dəvəti ilə, Asiya Oyunlarının təşkil edilməsində kömək etmək məqsədilə bu ölkəyə dəvət edilmişdir. Hal-hazırda Yunanıstanda Azərbaycan mədəniyyətini tanıtmaq layihəsi üzərində işləyir.

Turab Rzayev beynəlxalq seçki mövzusunda ekspert kimi ixtisaslaşıb.

Mükafatları

  • 2005-ci ildə qəbul imtahanlarında 686 bal yığaraq, prezident təqaüdünə layiq görülmüşdür.
  • 2019-cu il 27 sentaybrda baş ofisi Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən Avropada vətəndaş cəmiyyətinin siyasətdə aktiv inkişafını nəzərdə tutan “Siyasətdə İnnovasiya İnstitutu”nun hakimi sertifikatı ilə təltif edilib.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Turab Rzayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Turab Rzayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes