peoplepill id: teymur-rzayev
TR
1 views today
4 views this week
Teymur Rzayev
onderzoeker

Teymur Rzayev

The basics

Quick Facts

Intro
onderzoeker
Work field
Place of birth
Baku
Age
65 years
The details (from wikipedia)

Biography

Teymur Rzayev — Azərbaycan rəssamı, Azərbaycan Respublikası Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı

Teymur Rəsul oğlu Rzayev 1959-cu il iyulun 15-də Bakı şəhərinin Xırdalan qəsəbəsində anadan olmuşdur. 1966-1974-cü illərdə ibtidai təhsilini Abşeron Rayonu Xırdalan orta təhsil məktəbində almışdır. 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almış, bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlamışdır. 1985-1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor Devyatov M.M. emalatxanasında təhsilini davam etmişdir. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır.2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınınqərarı ilə dosent adı verilmişdir. 2014-cü ilin iyulunda Türkiyə Üniversitetlərarası İdarə Heyəti tərəfindənPlastik Sənətlər Sahəsində dosent adı verilmişdir.

Ailəsi

Ailəlidir. İki övladı var.

Fəaliyyəti

Teymur Rzayev 1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olmuşdur, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992-1994-cu illər ərzində Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Kamal Ataturk liseyində müəllim işləmişdir. 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil etmiş və həmin il “İstək” Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilmişdir. 2005-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 1998-1992-ci illərdə Azərbaycan Dövlət Yaradıcılıq Təşkilatının Rəsm bölməsində rəssam kimi çalışmışdır. 2006-cı ildə Azərbaycanın Diasporla İş uzrə Dovlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən xaricdəyaşayan rəssamların koordinatoru seçilmişdir. 2006-2015-ci illərdəYeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləmişdir. 2011-ci ildə Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kitabın redaktoru olmuşdur. 2015-ci ildən indiyə qədər Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində dosentdir.

Üzvlükləri

1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olmuşdur, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə YUNESKO-da UPSD-in (Beynəlxalq Plastik Sənətlər Dərnəyi) üzvü və üzvlüyə qəbul Komissiyasının idarəheyətinin üzvü olmuşdur. 2006-cı ildə Azərbaycanın Diasporla İş uzrə Dovlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Türkiyədə yaşayan rəssamların koordinatoru seçilmişdir. 2011-2016-cı illərdə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. 2015-ci ildən bu günə qədər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən nəşr olunan "Azərbaycanın səsi" aylıq jurnalının Akademik heyətinin üzvüdür. 2016-cı il iyunun 4-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

Layihələr

2008-ci ildə Yeditepe UniversitetindəGözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər Bölümündə Rəsm Emalatxanası layihəsinin təsisçisi və icraçısı kimiçalışmışdır. 2015-ci ildəNizami Gəncəvi irsinin dünya təhsil sistemində tədrisi ilə bağlı layihədə, həmçinin, həmin ildə Çanaqqala Döyüşündə şəhid olan azərbaycanlıların xatirəsinə Abidə ucaldılması ilə bağlı layihələrdə iştirak etmişdir.

Təltifləri

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə “Əməkdar rəssam” fəxri adı verilmişdir. 2013-cü il iyulun 5-də3-cü Qəbələ Beynəlxalq İncəsənət Sərgisi "Portretlərin Melodiyası" müsabiqəsində"Fevzi Karakoç Portreti" ilə Klassik Portret nominasiyasındabirincilik Mükafatını qazanmışdır (Qəbələ, Azərbaycan). 2013-cü ildə Rusiya İncəsənət Akademiyası İdarə heyəti tərəfindən Böyük Yaradıcılıq və Xeyirxahlıq Fəaliyyətinə görəRusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteli tərəfindən təqdim edilən "İvan İvanoviç ŞUVALOV" medalı ilə təltif olunmuşdur (28 May - Moskva, Rusiya). 2015-ci ildəRusiya İncəsənət Akademiyası İdarə heyətinin qərarı ilə Rusiya və Türkiyə arasındakı sənət körpülərinin təməlinin atılmasına verdiyi töhfələrə görə "Akademiyaya xidmət" qızıl medalı təqdim edilmişdir (26 May – İstanbul).

2016-ci ilin iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında iləxalqlar arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli"Vətənə Xidmətə görə"ordeni ilə təltif edilmişdir.

2017-ci  il sentyabrın 12-də Teymur Rzayev Rəsul oğlu Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki  seçilib.

Kitablar

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi. "Biz Azərbaycanlıyıq". — 2011. — ISBN 978-9952-8110-5-0.

Filmlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Teymur Rzayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Teymur Rzayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes