Telman Safarov
Quick Facts
Biography
Telman Səfərov (tam adı:Səfərov Telman Yadigar oğlu d. 22 oktyabr, 1936. Laçın, Qarıqışlaq) — ö. 7 noyabr, 2018, Bərdə, Azərbaycan) İqtisadçı, şair-publisist.
Həyatı
Səfərov Telman Yadigar oğlu 22 oktyabr 1936-cı ildə Laçın rayonunun Gəloxçu camaatı adlanan elatın Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olub. 1945-1955-ci tədris illərində Qarıqışlaq kənd orta məktəbində təhsil almış və yüksək qiymətlərlə məktəbi bitirmişdir. İlk ixtisas təhsilini Bakı şəhərində alıb, ardınca Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indikiAzərbaycan Dövlət İqtisad Universiteti) İqtisadiyyat fakultəsində Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə ali təhsil alıb. Sonradan ixtisasını dəyişmək məqsədi ilə Bakı şəhərində Moskvanın Kooperativ İnstitutunda qiyabi yolla əlavə olaraq Əmtəəşünas ixtisası üzrə ali təhsil almışdır. İlk əmək fəaliyyətinə baş iqtisadçı kimi “Telman” adında kolxozda başlamışdır. 2 il işlədikdən sonra fasilə vermədən 36 il baş mühasib işləmişdir. 1993-cü ilin iyun ayından 1999-cu ilin sonuna kimi Bərdə rayon prokurorluğunda ictimai əsaslar üzrə təftişçi mühasib işləyib.Ailəlidir, 3 oğul, 4 qız atasıdır. Övladlarının hamısı ali təhsillidir. Telman Səfərov 7 noyabr 2018-ci ildə Bərdə rayonunda vəfat edib
Yaradıcılığı
Telman Səfərov 1958-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. Telman Laçınlı təxəllüsü ilə "Kommunist", "Azərbaycan", "Sovet kəndi", "Kənd həyatı", "Laçın", "Laçın yurdu" jurnal və qəzetlərində mütəmadi şeir, hekayə, povest və məqalələri dərc olunub. 1992-ci ildən indiyə qədər Min Bir Mahnı (nəşriyyat)ında 11 kitabı çapdan çıxıbdır.
Kitabları
- “Sən Laçına gəl”
- “Kəndimin nağılı”
- “Doğma vətəndə vətən həsrəti”
- “Bu yerlər bənzəmir Allah Laçına”
- “Tarixə dönmüş xatirələr”
- “Vətənin nicatı xalqın əlindədir”
- “Vətən məhəbbəti”
- “Yadıma düşüb”
- “Laçın adlı yurda dönək”
- “Səksəndə bildim”
- "Bizim eldə" - Bakı, "Ecoprint", 2017, 152 səh.
Mənbə
- “Vətənin nicatı xalqın əlindədir”, Bakı-2011, Min Bir Mahnı (nəşriyyat)ı.