peoplepill id: telman-orucov
TO
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Birth
Place of birth
Yevlakh District, Azerbaijan
Age
85 years
The details (from wikipedia)

Biography

" Orucov Telman Xəlil oğlu"- Ağdam rayonu Partiya Komitəsinin birinci katibi

Telman Xəlil oğlu Orucov 1940-cı ildə Yevlax rayonunun Qaraimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Xəlil Həsənqulu oğlu 1943-cü ildə Böyük Vətən müharibəsində cəbhədə həlak olmuş, anası Suqra Nağı qızının himayəsində böyümüşdür. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsinə daxil olmuş, 1964-cü idə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə illərində Kommunist partiyası sıralarına daxil olaraq, 1991-ci ildəki partiyanın ləğvinə qədər onun sıralarında fəaliyyət göstərmişdir. Az müddətdə öz ixtisası ilə işlədikdən sonra1965-ci ilin iyununda Beyləqan (keçmiş Jdanov ) rayon partiya komitəsinə təlimatçı təyin olunmuş, 1966-cı ilin sonundan 1969-cu ilin ortalarınadək rayon komsomol komitəsinin birinci katibi işləmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə iyul ayının əvvəllərində Beyləqan rayon partiya komitəsinin ikinci katibi seçilmiş, bu vəzifədən 1971-ci ilin avqustunda Moskvaya, Sov.İKP Mərkəzi Komitəsi yanındakı Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1973-cü ilin iyulunda bu təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur.1973-cü ilin avqustundan 1975-ci ilin iyununa qədər Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat- partiya işi şöbəsinin inspektoru, 1975 -1980-cı illərdə Ağdam rayon partiya komitəəsinin birinci katibi vəzifələrində işləmişdir. 1980-ci ilin martında pespublika Tədarük naziri, bir il sonra isə respublika Meyvə-Tərəvəz Təsərrüfatı naziri təyin edilmişdir. 1985-ci ilin sonunda aqrar sahə üzrə nazirliklərin və baş idarələrin burləşməsindən yaradılmış Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini – respublika naziri təyin edilmişdir. 1986-cı ilin oktyabindan beş ay müddətində Azərittifaqın sədri işləmişdir. 1987-ci ilin martında Azərbaycan KP Mərkəzi Komitəsinin katibi seçilmişdir. Bu vəzifədə dörd il işlədikdən sonra, 1991-ci ilin fevralından oktyabrına qədər Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini icra etmişdir. Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1976-1991-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1987-1991-ci illərdə isə Mərkəzi Komitə Bürosunun üzvü olmuşdur. T. Orucov xidmətlərinə görə Oktyabr inqilabı və iki Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir. İki dəfə ABŞ-da və Niderlandda, həmçinin Fransada, İtaliyada, İspaniyada, Almaniyada, Belçikada, Yunanıstanda, Yuqoslaviyada ( Serbiyada, Xorvatiyada və Sloveniyada), Konqoda, Anqolada, Çində və Meksikada, Macarıstanda və İsveçrədə rəsmi və işgüzər səfərlərdə olmuşdur. Son illərdə dəvət ilə Türkiyədə, Böyük Britaniyaya və bir neçə dəfə Birləşmiş Ərəb Əmirliyinə səyahət etmişdir. Moldova və Qırğızıstan istisna olmaqla bütün keçmiş sovet respublikalarında, həmçinin Rusiyanin Avropa hissəsindəki çox sayda şəhərlərdə olmuşdur.

Yaradıcılığı

1990-cı illərdən yaradıcılıqla məşğul olmuş, 1999-cu ildən başlayaraq son 15 il ərzində respublika mətbuatında ardıcıl çıxış etmişdir. 2000-ci ildə ilk iki kitabı – “Zamanın ruhu” və ”Tarixdə iz qoyanlar” əsərləri çapdan şıxmışdır. Sonrakı illərdə “Ömürdən fraqmentlər”, “Düşüncələr albomu”, “Qədim Roma: qüdrətin qabarması və çəkilməsi”, “ABŞ : beşikdən zirvəyə gedən yol”, “Gerçəkliyin əks-sədası”, 3 cildlik “Ümumdünya tarixi”, “Həyat kaleydoskopu”kitabları çapdan şıxmışdır. “Məhəbbət mehrabı” adlı bədii əsəri mətbuatda dərc olunmuşdur. 2 cildlik “Göy qübbəsini işıqlandıranlar” və “Mahiyyətə nüfuz anı” kitabları çapdadır. Rus, ingilis, türk dillərindən sərbəst istifadə edir, latın, ispan və fransız dillərini isə səthi bilir. İngilis və ispan dillərindən tərcümələr edir İngiliscədən tərcüməsində ABŞ prezidentləri Barak Obamanın “Ümidin cəsarəti” və mərhum Con Kennedinin “Mərdliyin profilləri” kitabları çapdan çıxmış və mətbuatda dərc edilmişdir. Telman Orucov özünə Konfutsinin “Özümə gəldikdə, mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm” sözlərini özünə bir prinsip kimi qəbul etməklə, ona əsasən riayət etməyə nail olmuşdur. Onun kitablarında uzun zamanların geniç panoraması açılmaqla, dünada baş verən hadisələri, siyasi kataklizmləri, tarixin böyük şəxsiyyətlərini müşahidə etmək, elmin müxtəlif sahələrinə azacıq da olsa nüfuz etmək imkanı qazanırsan. Maraqlanan oxucu burada öz könül təlabatına uyğun cox şeyi tapa bilər.

Ailəsi

1970-ci ildə T. Orucov Fazilə Əvəz qızı ilə ailə qurmuşdur. Xanımı ali təhsilli kimyacı olmaqla, 1971-2012-ci illərdə orta məktəb müəllimi işləmişdir. Üç övladı var. Oğlu Tofiq ixtisasca həkimdir, qızları Aygün- bioloq, Aytən isə politoloqdur. Beş nəvəsi vardır: Əli Mustafa Moskva Dövlət Üniversitetinin Bakı filialında ispan filologiyası üzrə təhsil alır, rus dilində fəlsəfi şeirlər yazır, onun qardaşı İlqar Neft Akademiyasının tələbəsidir, ingilis dillidir. Elmar Ləmbəranski diplomat təhsili almaq niyyətindədir, xarici dillərə həvəsi böyükdür, çoxseriyalı filmdə baş yeniyetmə oğlan rolunda çəkilmişdir. Onun qardaşı Riad orta məktəbdə oxuyur. Tofiqin iki qızı var, Nigar və Fidan.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Telman Orucov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Telman Orucov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes