peoplepill id: sjamama-mamedovna-aleskerova
SMA
Russia Azerbaijan
3 views today
3 views this week
Sjamama Mamedovna Aleskerova

Sjamama Mamedovna Aleskerova

The basics

Quick Facts

Work field
Gender
Female
Place of birth
Yerevan, Armenia
Place of death
Baku, Russian Empire
Age
73 years
Awards
Order of Lenin
 
Order of the Badge of Honour
 
Hero of Socialist Labour
 
The details (from wikipedia)

Biography

Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904(1904-03-08), İrəvan2 aprel 1977(1977-04-02), Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır.

Həyatı

Şamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır.

Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu. 1945-ci ildə Şamama xanım N.Krupskaya adına 5 nömrəli klinik doğum evinin (hal-hazırda Şamama Ələlsgərova adına 5 nömrəli doğum evi) baş həkimi təyin olunur və ömrünün sonuna kimi - 1977-ci il iyunun 2-nə kimi həmin vəzifəni yerinə yetirir.

Tədqiqat sahəsi

Onun tədqiqatları, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunmuşdur. Şamama Ələsgərova respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal iştirak etmişdir

Mükafatları

Şamama xanım 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il sonra respublikanın əməkdar həkimi adına layiq görülür. 1969-cu il fevralın 5-də ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilib. O respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi idi. Şamama xanım haqqında ozamankı dövri mətbutada "Pravda”, "İzvestiya”, "Komsomolskaya Prvada”, "Bakı” və digər mərkəzi orqanlarda müntəzəm olaraq məqalələr dərc edilmişdir. Şamama xanım Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış deputatı olmuşdur, "Şərəf nişanı” ordeni və medallarla tətlif edilmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sjamama Mamedovna Aleskerova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Sjamama Mamedovna Aleskerova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes