Siyana Vasileva
Quick Facts
Biography
Siyana Vasileva (3 mart 1996, Tarqovişte, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı.
Həyatı
Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır.
Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir.
Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır.
Karyerası
Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gəmclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər. Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub.
Siyana qrup komandası tərkibində 2015 Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.