Shamil Pashayev
Quick Facts
Biography
Şamil Amil oğlu Paşayev — Azərbaycan hüquqşünası və aparıcısı. O, Sumqayıt Apellyasiya Məhkəməsi və Respublika Prokurorluğundan sonra "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamış, daha sonra "Hüquq vaxtı" verilişinin müəllifi vəmoderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur. Bir çox məqalənin müəllifidir, bir neçə konfrans və təlimlərdə iştirak etmişdir.
Həyatı
Şamil Amil oğlu Paşayev 1988-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı evindən didərgin olan Paşayev ailəsi ilə Bakı şəhərinə köçmüş, 2005-ci ildə 56 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. O, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən hüquqşünaslıq ixtisası üzrə 2009-cu ildə məzun olmuşdur.
Fəaliyyəti
Şamil Paşayev hərbi xidməti başa vurduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində Məhkəmə İclas Katibi və Hakim köməkçisi vəzifələrində işləmişdir. O, 2011-ci ildən 2018-ci ilədək Respublika Prokurorluğunun müxtəlif strukturlarında Prokuror və Müstəntiq təsnifatlarında çalışmışdır.
Paşayev 2019-cu ildə "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamışdır. O, "APA TV"-nin "Hüquq vaxtı" verilişinin müəllifi vəmoderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur. Burada müəyyən hüquqi məsələlər haqqında maarifləndirici məzmun yaradılmış, qanunvericiliyin və bir sıra hüquqi müddəaların şərh edilməsi və izahatının verilməsi təmin edilmişdir.
Paşayev 2020-ci il fevral ayından etibarən "Norma Hüquq Mərkəzi MMC"-nin direktoru vəzifəsindədir. Şirkət fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri təklif edir və Azərbaycanda ilk dəfə 24 saat onlayn hüquqi dəstək xidməti göstərən şirkətdir.
Konfranslar
- Erkən Nigahın fəsadları – Yaşıl Elm.
- Qadın və uşaq təhsili (İstanbul Konvensiyasının müzakirəsi) – Dəstək İctimai Birliyi.
- "Cinayət işləri üzrə praktik vərdişlər" və "Mülki işlər üzrə praktik vərdişlər" mövzusunda 4 günlük təlim – Vəkillər Kollegiyası və Sumqayıt Regional Vəkil Bürosu.