Shahriyar Musayev
Quick Facts
Biography
Şəhriyar Musayev (tam adı: Şəhriyar Vahid oğlu Musayev; 2 noyabr 1988, Sumqayıt) — Azərbaycanlı kamança ifaçısı.
Həyatı
Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Mətləb Quliyev adına Sumqayıt şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib.
2004-cü ildə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin kamança ixtisasını bitirib, 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci) "Xalq Çalğı Alətləri" şöbəsinin kamança sinfinə qəbul olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2008–2009-cu illərdə hərbi xidmətdə olmuşdur.
2010-cu ildə Konservatoriyanın "Xalq Çalğı Alətləri İfaçılığı" fakültəsinin kamança ixtisasına qəbul olmuşdur. 2014-cü ildə AMK-ni bitirmi, həmin ildə dövlət hesabına müsabiqədənkənar magistr təhsil pilləsinə qəbul olmuş və 2016-cı ildə magistr təhsilini bitirmişdir.
Ailəlidir iki övladı var. Həyat yoldaşı Zülfiyyə Musayeva psixoloqdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsinin doktorantıdır. Böyük oğlunun adı Murad (01.08.2015), kiçik oğlunun adı isə Amindir (07.07.2017).
Yaradıcılığı
Şəhriyar Musayev 2009–2012-ci illərdə Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərmişdir.
2013-cü ilin fevralında Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən III Respublika Muğam Müsabiqəsinin laureatı (3-cü yer) olmuş və III Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıb.
2013-cü il martında "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq muğam müsabiqəsində Azərbaycanı təmsil edib. Martın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq muğam müsabiqəsi başa çatmışdır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirdə instrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev də qalib gəlib.
2013-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Muğamsevərlər" Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində Nəriman Nərimanov adına mədəniyyət evində baş tutan Muğam Festivalında gənc muğam ifaçılarını kamançada müşayiət edib.
2017-ci ildə Türk dövlətlərinin musiqiçi və ifaçılarından ibarət yaranmış "TÜRKCAN" beynəlxalq layihənin general meneceridir.
2017-ci ildə “Modern muzik” qrupu olaraq həbsdə olan müğənni Fədayə Laçının "Ayrılırıq" mahnısı fərqli tərzdə ifa edilib. 2019-cu ildə müğənni Elnarə Xəlilovanın "Səndən sonra..." mahnısına çəkilən klipdə kamançada ifa edib.
2020-ci il avqust ayında Xalq Artisti Alim Qasımov ilə birgə "Xatirədir" adlı layihədə iştirak etmişdir. YouTube kanalı üzərindən yayımlanan "KamanTV" adlı layihənin müəllifidir.
Yaradıcılığı ilə yanaşı müəllimlik fəaliyyətini də davam etdirərək hal-hazırda Xocavənd rayonu Tuğ kənd uşaq musiqi məktəbində və eyni zamanda Sumqayıt Musiqi Kollecində Kamança ixtisası üzrə tədris aparır.
2020-ci ildə "Aler Kamancha" tərəfindən "Stay Home, Stay With Music" şüarı ilə təşkil edilən "Online Music Festival"-ında "Over 25 age group" üzrə 1-ci yer olub. Qalib olaraq 4500 ABŞ dolları dəyərində Aler Kamanchah şirkətinin təsis etdiyi kamança aləti qazanıb.
13 mart 2023-cü ildə The Ritz-Carlton hoteldə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbir ilə ilin ilk "Azerbaijan Best Awards" mükafatlandırma layihəsində mükafat qazanıb.
Albomları
- "Xatirə" (2019) (Albom, Təbriz şəhərində işıq üzü görüb, alboma 10 instrumental musiqi və bəstəkar mahnıları ilə yanaşı eyni zamanda muğamlar da daxildir.)
Konsertlər
2007-ci il Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı.
2011-ci il İran İslam Respublikasının Təbriz, Ərdəbil, Əhər və Meşkin şəhərlərində keçirilən muğam konsertləri.
2011-ci il Macarıstanın paytaxtı Budapeşt və Buqac, Balatonendred şəhərlərində keçirilən Turan Kurultayı.
2012-ci il Rusiyada Tatarıstanın paytaxtı Kazan və Çuvaşıstanın paytaxtı Çeboksarı şəhərlərində "Qədim Musiqi Alətləri" ansamblı ilə bayram konsertləri.
2013-cü ildə Azərbaycanda keçirilmiş III Respublika və Beynəlxalq Muğam müsabiqəsinin Laureatı (3-cü yer).
2013-cü ilin mayında tarzən Humay Qədimovanın Beynəlxalq Muğam Mərkəzində "Oxu tar" adlı solo konserti.
2013-cü il Türkiyədə İstanbul şəhərində millət vəkili Qənirə Paşayeva ilə Xocalı Soyqırımına həsr edilmiş tədbir.
2015-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində "Jas Star" (Gənc Ulduz) festivalı (fəxri musiqiçi qismində).
2016-cı ildə Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi Yel çərşənbəsinə və 8 mart Beynəlxalq qadınlar Gününə həsr edilmiş muğam gecəsi.
2016-cı ildə TÜRKSOY-un təşkil etdiyi Novruz bayramına həsr edilmiş silsilə konsertlər; Türkiyə — Ankara, İstanbul, Bolu, Amerika Birləşmiş Ştatlarında — Nyu-York və Vaşinqton.
2016-cı ildə "TÜRKSOY"-un təşkil etdiyi Qazaxıstan — Alma-Ata, Qırğızıstanda — Bişkek, Türkiyə — İzmir və Kiprdə silsilə konsert proqramları.
2017-ci ildə Türkiyə — Ankara, Bolu, Bursa, Ədirnə, Rumıniya — Buxarest, Moldova — Kişinyov və Komrat şəhərlərində "TÜRKSOY"-un yaranmasının 25 illiyinə həsr edilmiş konsert proqramları.
2017-ci il Avstriyanın paytaxtında Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Xan Şuşinski Fondunun keçirtdiyi "Könlüm Keçir Qarabağdan" adlı konsert proqramı.
2017-ci ildə Türkiyə, Qazaxıstan, Azərbaycan səfirliklərinin Braziliyanın Brazilia və San Paulo şəhərlərində birgə təşkil etdiyi konsert proqramı.
2018-ci ildə Bəstəkar Qara Qarayevin 100-illik yubileyi, "TÜRKSOY"-un yaranmasının 25 illiyi ilə əlaqədar Türkiyə — İstanbul, Yaponiya — Tokio, Kavasaki, Hamamatsu və Akasaka şəhərlərində silsilə konsert proqramları.
2023-cü ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) Azərbaycan nümayəndə heyətinin birgə təşkilatçılığı ilə Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə keçirilmiş mədəni tədbir.