Seymur Teymurov
Quick Facts
Biography
Seymur Teymur oğlu Teymurov (d. 9 avqust 1981, Bakı, Azərbaycan SSR) — Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin sədri, "Что? Где? Когда?" televerilişinin Azərbaycandilli versiyasında ilk komandanın kapitanı, Garant Media Holding İdarə Heyətinin sədri, "National Geographic Azerbaijan" jurnalının baş redaktoru (2014-2015), "Consulting&Business" jurnalının şef-redaktoru (2008-2014).
Həyat və fəaliyyəti
Seymur Teymurov 9 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-1997-ci illərdə Bakıdakı Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbdə təhsil almış, 1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. 2002-ci ildə tarixçi ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə digər təsisçilərlə birgə Xəzər İntellektual Klubunun yaradılmasında iştirak etmişdir. 2007-ci ildə Klub ictimai birlik kimi Xəzər İntellektual Gənclər Klubu adı ilə dövlət qeydiyyatına alındıqdan sonra həmin təşkilatın sədridir. Xəzər İntellektual Gənclər Klubu Azərbaycanda ilk dəfə olaraq ana dilli intellektual oyunları mütəmadi olaraq təşkil edən ictimai birlikdir.
Seymur Teymurov GameTV.az prodüser mərkəzinin çəkdiyi "Что? Где? Когда?" verilişinin Azərbaycan dilli versiyasında ilk komandanın kapitanıdır və hal-hazırda "Что? Где? Когда?" Elitar Klubunda çıxış edir. O, "Mənim Klubum", "Universitet liqası", "Məktəb Liqası", "I İçərişəhər İntellektual Festivalı" və digər layihələrin həyata keçirilməsinə rəhbərlik etmişdir.
2016-cı ildən Garant Media Holding İdarə Heyətinin sədri və Oxu.Az xəbər saytının baş redaktorudur. 2016-cı ilin fevral-sentyabr aylarında 107.7 dalğasında yayımlanan Avto FM radiostansiyasının direktoru, 2014-2015-ci illərdə National Geographic Azərbaycan jurnalının baş redaktoru, 2008-2014-cü illərdə Azərbaycanın ilk iqtisadi-analitik nəşri olan "Consulting&Business" jurnalının şef-redaktoru, . 2011-2013-cü illərdə Biznesinfo.az saytının baş redaktoru, 2007-2008-ci illərdə ANS TV-nin Proqramlaşma departamentində direktor müavini, 2005-2008-ci illərdə Qərb Universitetində ümumdünya tarixi, Azərbaycan tarixi, beynəlxalq münasibətlər tarixi və regionşünaslıq ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Mətbuatda müxtəlif məqalə və müsahibələri dərc olunub.
Ailəlidir, 1 övladı var.
Həmçinin bax
- Xəzər İntellektual Gənclər Klubu