peoplepill id: saleh-rustamov
SR
Azerbaijan
1 views today
1 views this week
Saleh Rustamov
Azerbaijani politician

Saleh Rustamov

The basics

Quick Facts

Intro
Azerbaijani politician
Work field
Gender
Male
Place of birth
Gadabay, Gadabay District, Azerbaijan
Age
61 years
Education
Azerbaijan State Academy of Physical Education and Sport
Azerbaijan
(1980-1984)
The details (from wikipedia)

Biography

Saleh Məhərrəm oğlu Rüstəmov (25 may 1963, Gədəbəy) — azərbaycanlı siyasətçi, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), siyasi məhbus.

Həyatı

Saleh Rüstəmov 1963-cü il mayın 25-də Gədəbəy şəhərində anadan olmuşdur. O, 1970–1978-ci illərdə İ. Əliyev adına Gədəbəy qəsəbə orta məktəbində, 1978–1980-ci illərdə isə N. Krupskaya adına Gədəbəy qəsəbə tam orta məktəbində təhsil almış, 1980–1984-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır.

1984-cü ildə bir müddət idman müəllimi olaraq çalışan Saleh Rüstəmov 1987–1988-ci illərdə Gədəbəy İdman Məktəbinin tədris şöbəsinin müdiri, 1988–1991-ci illərdə isə Gədəbəy İdman Məktəbinin müdiri vəzifəsində çalışmışdır. O, 1984–1986-cı illərdə Jitomir vilayətində Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.

Ailəlidir, üç övladı var.

Həbsi

Saleh Rüstəmov 2018-ci il mayın 5-də Rusiyadan Azərbaycana gəlmiş, mayın 8-də isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193–1.3.1 və 193–1.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Saleh Rüstəmov təcridxana olduğu müddət ərzində işgəncələrə məruz qaldığını bildirmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Özü ittihamları rədd etmiş və siyasi məhbus ailələrinə pul yardımına görə həbs olunduğunu bildirmişdir.

Saleh Rüstəmov 2021-ci il noyabrın 6-da azad edilməsi tələbilə aclıq elan etdi və aksiyanı 40 gün davam etdirdi. Saleh Məhərrəm oğlu Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2022-ci il tarixli Sərəncamı ilə əfv edilmişdir.

İctimai-siyasi fəaliyyəti

Birinci Qarabağ müharibəsi zamanı Saleh Rüstəmov Gədəbəy Özünümüdafiə Batalyonunun və Xüsusi Təyinatlı Milis Dəstəsinin Gədəbəy Bölüyünün yaradılmasında rol almışdır.

Saleh Rüstəmov 27 may 1992-ci il tarixində Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 792 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Başçı olduğu illərdə o, Gədəbəy Rayon Müdafiə Komitəsinin rəhbəri olmuşdur.

4 iyun Gəncə qiyamının ardından Saleh Rüstəmov vəzifəsindən istefa vermiş və 26 noyabr 1993-cü il tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin 50 nömrəli fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

Partiya fəaliyyəti

Saleh Rüstəmov 1989–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. Partiyalaşma prossesindən sonra o, 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü olmuşdur. O, 1998-ci ildə daimi olaraq Rusiyada yaşamağa başladığına görə partiyada tutduğu vəzifələrindən istefa vermişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Saleh Rustamov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Saleh Rustamov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes