Sakit Yaqubov
Quick Facts
Biography
Yaqubov Sakit Məmədi oğlu — (1 iyul 1953, Saatlı rayonunun Məzrəli kəndi) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, "Statistika və ekonometrika" kafedrasının professoru. İqtisad elmləri doktoru
Həyatı
Sakit Məmədi oğluYaqubov01 iyul 1953-cü ildəSaatlı rayonunun Məzrəli kəndindəanadan olmuşdur. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həminİnstitutu “Statistika“ ixtisası üzrə bitirmişdir.
1973-1974-cüillərdəhəqiqi hərbi xidmətdə olmuşdur.
1975-1977-ci illərdəAzərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Dövlət Statistika Komitəsi) “Kənd təsərrüfatı statistikası“ şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır.
1977-1980-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Statistika” kafedrasınınaspiranturasında əyanitəhsil almışvə 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda “Statistika“ ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1980-1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının“Statistika“ kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışadır.
1990-1993-cü illərdəMoskva İqtisadi-Statistika İnstitutunun doktoranturasında əyani təhsil almış və 1993-cü ildə həmin institutda “Statistika“ ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
1994-2000-ci illərdəAzərbaycan Dövlət İqtisad İstitutunun“Statistika“ kafedrasındaprofessor vəzifəsində çalışmışdır.
2000-ci ilin iyul ayından 2017-ci ilin sentyabrayına qədər AzərbaycanDövlətİqtisadUniversiteti“Statistika“ kafedrasının müdiri, 2017-ci ilin sentyabrayından 2018-ci ilin fevral ayına qədər “Statistika və ekonometrika” kafedrasının müdiri vəzifəsində işləmişdir.
2014-cü ilin oktyabr ayından 2018-ci ilin fevral ayına qədər eyni zamanda AzərbaycanDövlətİqtisadUniversitetinin“Elm və İnnovasiyalar Mərkəzi"nin direktoru vəzifəsində çalışmışdır.
2018-ci ilin fevral ayındanAzərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsində çalışır.
Statistikanın aktual problemlərinə həsr olunmuş, ümumilikdə 120 ç.v. həcmində110 elmi-metodiki əsərin, o cümlədən 2 monoqrafiya, 8dərslik və dərs vəsaitinin müəllifidir. 10-dan çox elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur.
Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktorluğu, 20 nəfər fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanındaAli Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 1994-2014-cüillərdə müxtəlif ixtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının üzvü, 2015-2016-cı illərdə AzərbaycanDövlətİqtisadUniversitetində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının sədriolmuşdur. Hazırda AzərbaycanDövlətİqtisadUniversitetində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının üzvüdür.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında“Statistika Şurası”nınüzvü və“Statistika xəbərləri” elmi-praktiki jurnalın baş redaktorudur.
O, hazırdaAzərbaycan Respublikasında “Statistika“ ixtisası üzrə yeganə elmlər doktoru, professordur.
Elmi-metodiki əsərləri
- Heyvandarlığın inkişafının iqtisadi problemləri. Monoqrafiya, Bakı, Azərnəşr, 1986, 8.1 ç.v.
- 1990-2000-ci illərdə Azərbaycan iqtisadiyyatı: inkişaf meyli, strategiyası və problemləri. Monoqrafiya, «X.K.B. və poliqrafiya». Bakı, 2001, 10.8 ç.v.
- Əhali statistikası. Dərs vəsaiti, ADİU nəşriyyatı, Bakı 2002, 12.5 ç.v.
- Maliyyə və bank statistikası. Dərs vəsaiti, ADİU nəşriyyatı, Bakı 2006, 10.5 ç.v.
- Sosial-iqtisadi statistika. Dərs vəsaiti, ADİU nəşriyyatı, Bakı 2006, 15 ç.v.
- Sosial-iqtisadi statistika. Dərslik, ADİU nəşriyyatı, Bakı 2011, 25 ç.v.
- Statistika. Dərslik, ADİU nəşriyyatı, Bakı 2015, 37 ç.v.
- Пути преодоления экономического кризиса и роль статистики в принятии решений: опыт Азербайджана. Жур. “Статистика Украины”2017, № 3.
Təltifləri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə 2013-cü ildə professor S.M.Yaqubova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 2015-ci ildəTəhsil Nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" verilmişdir.