Sahib Abdullayev
Quick Facts
Biography
Abdullayev Sahib Əhməd oğlu — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı.
Həyatı
1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir.
Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür.
Yaradıcılığı
“At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir.
“Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
“Qızıl Qələm” fəxri media mükafatı laureatıdır.
“Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.
Ali kateqoriyalı müəllimdir.