Sahali Hasanov
Quick Facts
Biography
Şahəli Həsənov Gülmalı oğlu— coğrafiya elmlər doktoru, professor, alim.
Həyatı
Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənovtorpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir.
Elmi fəaliyyəti
Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş,
- 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimyainstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır.
- 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir.
- 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur.
- 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır.
Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Elmi əsərləri
Prof. Həsənovun 220-dən artıq elmi əsəri, o cümlədən "Ağstafaçay hövzəsinin torpaqları və onlardan kənd təsərüfatında istifadə"(1958), "Azərbaycan SRİ-in üzümçülüyə yararlı torpaqları"(1961) "Kənd təsərrüfatı bitkilərinə yararlı torpaqların seçilməsi" (1968), "Arazboyu zonanın torpaqları və onlardan səmərəli istifədə" (1969), "Azərbaycam torpaq coğrafiyasının xüsusiyyətləri" (Berlin), "Azərbaycan şəraitində torpaqların morfogenetik xüsusiyyətlərinin dəyişməsində antropogen amilərin rolu" (1992) və s.monoqrafiyaları çap edilmişdir.