Saadat Buta
Quick Facts
Biography
Səadət Buta — Hacıxanım, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
1951-ci il tarixində Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir.
2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Borçalı" İctimai cəmiyyətinin qadınlar şurasının sədridir.
Hazırda 63 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir.
Yaradıcılığı
İlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.
Hazırda 11 kitabın müəllifidir. Şerləri gürcü dilinə də tərcümə edilmiş və hətta Dmanısi poeması Gürcüstanda yaşayan Azərbaycanlıların gürcü dili dərsliyinə salınmışdır. Türkiyədə 2 kitabı üzrə gənc alimlər müdafiə etmişdir.
Ailəsi
1982-ci il tarixində həyat yoldaşı Abbas Abdullayev rəhmətə getmişdir. Onun 4 övladı, 9 nəvəsi vardır.
1970-ci il təvəllüdlü böyük oğlu Məmməd Abdullayev 2017-ci il aprelin 13-də vəfat etmişdir və2 övladı var.Oğlunun adı Abbas,qızının adı Səadətdir.Məmməd Abdullayev hər 2 övladına valideynlərinin adını qoymuşdur.
Əsərləri
- Dağlar məni çağırır,
- Həsrət çələngi,
- Vətən Həsrəti,
- Tanrı Payı,
- Haqqın Butası,
- Buta Dünyası
- Mənim körpəm, mənim dünyam,
- Bələndim Kəbə nuruna,
- Hər dərdimin, vallah, başı vətəndi,
- Başkeçid yaylası, anam laylası,
- Sazın, sözün Butası.