Rüstam Mirtsayev
Quick Facts
Biography
Rüstəm Mirzəyev -Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Həyatı
Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1970-1980-ci illərdə Laçın şəhərinin 1 saylı məktəbində təhsil alıb.1981-1983-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət çəkib.
Hərbi xidmətini Amur vilayətinin Maqdaqati stansiyası yaxınlığındakı hava-desantı qoşunlarının briqadasında çəkib. Əla xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb və fəxri döş nişanları ilə təltif edilib.
Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin dekabrında laçına qayıdıb.1985-1987-ci illərdə Rüstəm Moskva şəhərində yaşayıb.1985-1988-ci illərdə Bakı şəhərindəki “Murad” kooperativində işləyib.Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Rüstəm Laçın rayonunun sərhədyanı kəndlərində ərazi özünümüdafiə bataliyonunda igidliklə erməni quldur dəstələrinə qarşı gedən hərbi döyüş əməliyyatlarında iştirak edib.
O, yerli müdafiə batalyonunda kəşfiyyatçı-döyüşçü kimi ad çıxartdı və bir neçə çətin əməliyyatlarda məharətlə iştirak etdi.Ermənilər onun başı üçün külli miqdarda pul mükafatı ayırmışdırlar.1991-ci ilin noyabr ayında Rüstəm Laçın rayon polis şöbəsinin polis batalyonuna, post-patrul xidmətinə sıravi heyətə işə qəbul edildi.
O, 1990-1993-cü illərdə polis nəfəri kimi Laçın rayonunun Güləbird, Səfiyan, Suarası, Hoçaz, Tığık 1, Tığık 2, Vağazin, Pircahan kəndləri, Şuşa şəhəri və onun Kərgicahan, Malıbəyli, Daşaltı kəndləri, Kəlbəcər-Murov dağı – Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.
13 fevral 1993-cü ildə Ağdərəyə köməyə gedən Laçın polisinin maşını Murov dağının çətin keçidlərinin birində sürüşdü və dərə aşağı yuvarlandı.Rüstəm və döyüşçü dostları qəhrəmancasına həlak oldular.
Ailəli idi. İki övladı var idi.
Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.