Roza Qasım qızı Əsgərova
Quick Facts
Biography
Roza Əsgərova (azərb. Əsgərova Roza Qasım qızı;15 avqust 1929(1929-08-15) və ya 1929, Naxçıvan – 2009, Bakı)—Botanik, biologiya elmləri doktoru
Həyatı
Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babәk rayonunun Qahab kəndində anadan olub.
Vəfatı
21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib.
Təhsili
1949-cu ildə Azәrbaycan Dövlәt Universitetini bitirmişdir.
Fəaliyyəti
Elmi fəaliyyəti
Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır.
1949-cu ildə Azәrbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-ci ildən elmi işçi işlәmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tәdqiqatları ilk dәfә palinologiya üzrә respublikada müasir bitkilәrin tozcuqlarının morfologiyasına (palinomorfologiya) vә onun sistematikada tәtbiqinә (palinosistematika), kasnıkimilәr yarımfәsilәsinin palinologiyasının öyrәnilmәsinә hәsr edilmişdir. Kadrların hazırlanmasında xidmәti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir. III Beynəlxalq palinologiya ( Novosibirsk, 1971), 12-ci beynəlxalq botanika konqreslərində, mürəkkəbçiçəklər fəsiləsinə dair beynəlxalq konfransda (London, (1994) məruzə etmişdir.
Təsnif etdiyi taksonların siyahısıs
- triba Scolymeae Askerova, 1976
- Crepis kurdistanica Askerova, 1958
- Gagea gadzhievii Askerova, 1997
- Nepeta sosnovskyi Askerova, 1954
- Pojarkovia Askerova, 1984
- Pojarkovia macrophylla (M.Bieb.) Askerova, 1984
- Pojarkovia pauciloba (DC.) Askerova, 1984
- Pojarkovia platyphylloides (Sommier & Levier) Askerova, 1984
- Pojarkovia stenocephala (Boiss.) Askerova, 1984
- Zuvanda (F.Dvořák) Askerova, 1985
- Zuvanda crenulata (DC.) Askerova, 1985
- Zuvanda exacoides (DC.) Askerova, 1985
- Zuvanda meyeri (Boiss.) Askerova, 1985 .
Kitabları
- "Azərbaycan florası" (hәmmüәllif). T. 7–8. Bakı., 1959–61.
- "Azərbaycanın qırmızı kitabı"nın müəlliflərindəndir. Bakı.,1989
Mənbə
- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 154. ISBN 5-8066-1468-9.