Roland Blatmann
Quick Facts
Biography
Rolan Blatman (20 fevral 1941(1941-02-20)) — Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2004-2006).
Həyatı
Rolan Blatman 20 fevral 1941-ci ildə anadan olmuşdur. O, filologiya üzrə Lisans, Ali fəlsəfə təhsili, Ali İnformasiya və Kommunikasiya İnstitutunun diplomlarını almışdır. Paris Universitetinin magistraturasını bitirmişdir.
1966-1974-cü illərdə tədris sahəsində çalışmışdır. 1974-78-ci illərdə Velinqtonda mədəniyyət və texniki əməkdaşlıq attaşesi, Port-of-Speyində vitse-konsul, 1979-cu ildə həmin nümayəndəlikdə üçüncü katib, 80-ci ildə ikinci katib işləmişdir.
1980-82-ci illərdə Fransanın SSRİ-dəki səfirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur. 1982-83-cü illərdə həmin səfirlikdə birinci katib işləmişdir. 1983-84-cü illərdə Fransanın Xarici İşlər Nazirliyində mərkəzi idarədə (nazirin kabinetində), 1984-86-cı illərdə Baş nazirin kabinetində çalışmışdır.
1986-89-cu illərdə Turin və Genuyada, 1989-91-ci illərdə Fesdə, 1991-94-cü illərdə Sankt-Peterburqda baş konsul kimi fəaliyyət göstərmişdir.
1994-96-cı illərdə Moskvada mədəniyyət, elm və texniki işlər müşaviri, 1996-98-ci illərdə Fransa Baş Nazirliyinin Mərkəzi İdarəsində şöbədə direktor müavini işləmişdir.
1998-2002-ci illərdə Krakovda, 2002-04-cü illərdə Salonikdə baş konsul vəzifəsində çalışmışdır.
2004-cü ilin iyun ayından Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir.
Fransanın Fəxri legion kavaleri, Milli şöhrət kavaleri ordenləri ilə təltif olunmuşdur.
İngilis, italyan və rus dillərini bilir.