Reyhan Camalova
Quick Facts
Biography
Reyhan Camalova (d. 17 noyabr 2002, Quba, Azərbaycan) — Azərbaycanlı ixtiraçı. O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.
Həyatı
Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.
Fəaliyyəti
Reyhan Camalova 2017-ci ildə "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının məzunudur və məhz "ClimateLaunchpad" proqramı çərçivəsində öz "Rainergy" layihəsinə start verərək proqramın dəstəyi ilə öz layihəsini inkişaf etdirmişdir. 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad" startap akselerasiya proqramına öz "Rainergy" layihəsi ilə qatılıb. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır. "Rainergy" layihəsi "ClimateLaunchpad" 2017 proqramının Azərbaycan finalında ən yaxşı 3 startap arasına girə bilməsə də, "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak edib.
Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib. Reyhan Camalova həmçinin bildirib ki, "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifi alıb.