Reşit Rahmeti Arat
Quick Facts
Biography
Rəşid Rəhməti Arat (15 may 1900 - 29 noyabr 1964) — Türkiyə dilçisi.
Həyatı
Tatarıstanın mərkəzi Qazanın şimal-qərbində Əski Ücümdə doğuldu. Atası müdərris Əbdürrəşid İsmətullah, anasi Mahbədərdir. İlk təhsilini Əski Ücümdə aldı (1906-1910). Rüşdiyəni Qızılyarda (Petropavlovsk) bitirdi (1913). Daha sonra özəl olarak Rusca öyrəndi. Rusiyada inqilab olunca lisey son sinifdən alınarak əsgəri məktəbdə öyrədildi, ardından da cəbhəyə göndərildi. 1919-cu ildə yaralı olarak Mancuriyanın Harbin şəhərinə göndərdildi. Orada Qazan Türkləri Dərnəyində bir çox sosial fəaliyətlərdə oldu və müxtəlif dərgilərin yayımına qatıldı. Bu arada liseyi bitirdi (1921). 1922-ci ildə Berlinə getdi, orada Fəlsəfə Fakültəsinə qeyd oldu. Prof. Willy Bangın Türkoloji dərslərinə davam etdi. Berlindəki Türk tələbə dərnəklərində fəal vəzifələr aldı. Kazanlı Ayaz İshakinin idarəsində çıxan Yana Milli Yul adlı dərgidə bir çox yazılar yazdı. 1927-ci ildə doktorluq işini tamamlayaraq Şərq Dilləri Məktəbində Kuzəy Türkcəsi lektoru oldu. Eyni yıl Dr. Rəbia ilə evləndi. 1928-ci ildə Berlin Elimlər Akademiyasına elmi yardımçı olaraq girdi. 1931-ci ildə Berlin Üniversiteti Şərq Dilləri fakültəsində dosent oldu.
Türkiyədəki universitet reformu üzərinə 1933-cü ildə Maarif Vəkaləti tərəfindən Türkiyəyə dəvət edildi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı Bölümünə professor oldu. 1942-ci ildə Türk Tarix Qurumuna üzv seçildi. 1940-1950-ci illərarasında Türk institutu müdürü oldu. London School of Oriental and African Studiesdə 1949-1951-ci illərdə misafir professor olaraq dərs verdi. 26 aprel 1958-ci ildə ordinaryus professor oldu.
Rəşid Rəhməti Arat 29 noyabr 1964-cü ildəİstanbulda öldü.