Rashad Aslanov
Quick Facts
Biography
Rəşad Fəxrəddin oğlu Aslanov (1977) — Azərbaycanlı diplomat. Azərbaycanın Argentinada, Boliviyada, Uruqvayda (2016–2022), Paraqvayda və Çilidə (2017–2022) olan fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri.
Həyatı
Rəşad Aslanov 1977-ci ildə anadan olub.
Fəaliyyəti
Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.