Ramiz Rzayev
Quick Facts
Biography
Rzayev Ramiz Yaqub oğlu — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycanın əməkdar hüquqşünası.
Həyatı
Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdəBeyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Təltifləri
- 25 fevral 2013-cü ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Yaqub oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adı verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.
- Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.