Ramal Aslanov
Quick Facts
Biography
Ramal Aslanov (d. 1 mart 1992, Çənlibel, Şəmkir rayonu) — LORD ləqəbli, Kikboksinq üzrə dünya kəmərinin sahibi, 11 qat Azərbaycan, 3 dəfə dünya və avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının kapitanı.
Həyat və fəaliyyəti
Ramal Aslanov 1992-ci ildə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur, əslən Qərbi Azərbaycanın Göyçə mahalınandır. 1998-2009-cu ildə orta məktəbi , 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. 2014-2015 illərdə həqiqi hərbi xidmətini AR-nın DİN-nin Daxili qoşunlarının idman komandasında keçib.
Kikboksinq
Kikboksinq üzrə 11 qat Azərbaycan 3 dəfə dünya və avropa çempionudur. Peşəkarlar arasında İKBO, WAC, WMAO, FF, WCF versiyaları üzrə dünya kəmərinin sahibidir, peşəkarlar arasında 71 və 86 kilolarda Azərbaycan kəmərinin sahibidir. 2 dəfə dünya qrand-prisinin çempionu, (2016-2017-ci illərdə) peşəkar karyerasında bu günə kimi 37 döyüş keçirib, 33 döyüşde qalib gəlib, bunlardan 12 döyüşü nokautla bitirib, yalnız 4 döyüşdə məğlub olub. AKF-nın böyüklərindən ibarəthəm həvəskar həm peşəkarlardan ibarət yığma komandasının kapitanıdır.
Həvəskarlar arasında 6 dəfə Azərbaycan çempionu olmuşdur. 2012-ci ildə Almaniyanın Düsseldorf şəhərində peşəkarlar arasında kikboksinq üzrə dünya çempionatı keçirildi. Həmin yarışda Barakatla döyüşdü və 5 raundluq döyüşün 3-cü raundunda rəqibi təslim olmağa məcbur edibdünya çempionu oldu. Dünya kəmərini Azərbaycana gətirib. Boksçuların rinq mədəniyyəti haqqında demişdir:
İdmançı nə qədər güclü oldusa, gərək, bir o qədər də mədəniyyətli olsun. Eyni zamanda tamaşçılara rəqibin zəif olmasından istifadə etmək olmaz. Çünki gözlənilməz an da zəif bildiyin idmançıdan elə bir zərbə alarsan ki, nokaut vəziyyətinə düşərsən. İdmanda qalib və məğlub var. Qalib olmağı bacaran, məğlub olanda da razılaşmalıdır və rəqibini təbrik etməlidir. |
Mükafatları və adları
2012-ci ildə ilin ən yaxşı idmançısı seçilib. Azərbaycan Respublikasının prezidentiİlham Əliyev tərəfindən idmanda göstərdiyi nailiyyətlərinə görə mükafatlandırılıb. 2015-ci ildə "İdman ustası fəxri adına", 2017-ci ildə isə "Əməkdar idman ustası" fəxri adına laiq görülüb.