Rahim Seyfullayev
Quick Facts
Biography
Rəhim Seyfullayev — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000), SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999)
Həyatı
Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cü ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir.
Mükafatları
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür.
Layihələri
- Fəvvarələr meydanı — 1980-cı illər
- Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə)
- Nizami 10 ünvanında yerləşən ofis binası — 1998-2000 illər
- İçəri Şəhərdəki ofis binası — 2000-2003 illər
- İçərişəhərdə mehmanxana layihəsi — 2000-2003 illər
Memarın fikirləri
- Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir.
- Memar boşluğun sehrbazıdır.
- Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır. Təkcə forma obrazı müəyyənləşdirmir, digər ünsürlərlə birlikdə forma özünü göstərir.
- Tikinti materialları cansızdır. Yalnız memar onu canlandırmaq qabiliyyətinə mlikdir.
- Memar interyeri işləyə bilmirsə, o həcmli əsərlər yarada bilməz.
- İnteryer yekcins, geniş, xeyli mürəkkəb və süzülən olmalıdır.
- Memarlıqda başlıca şey nə etdiyini anlamaqdır.
Ədəbiyyat
- Rəna Əfəndizadə, "Memar – Rəhim Seyfullayev" kitabı.
- Elçin Əliyev, "Müasir Azərbaycan Memarları 2010" kitabı.