peoplepill id: raftar-imanov
RI
Azerbaijan
1 views today
1 views this week
Raftar Imanov
Azerbaijani scientist

Raftar Imanov

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Place of birth
Fuzuli District, Azerbaijan
Age
95 years
The details (from wikipedia)

Biography

Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas.

Həyatı

Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı.

Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı.

R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 1973-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi və 1979-cu ildə isə dosentlik elmi rütbəsi almış R. İmanov 1973-cü ildən 1988-ci ilədək Xankəndi Dövlət Pedoqoji İnstitutnda dosent, tarix fakültəsinin dekanı və tarix kafedrasının müdiri vəzifələrinə çalışmışdı. R. İmanova 1988–1992-ci illərdə H. Zərdabi adına Gəncə Pedoqoji İnstitutunun İctimai Elmlər kafedrasında dosent, 1992–1996-cı illərdə isə N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şuşa filialında dosent vəzifəsində çalışmaq nəsib olmuşdur. Rəftar müəllim 1996-cı ilin oktyabr ayından bəri Azərbaycan Dövlət Neft Akademiyasının tarix kafedrasında çalışırdı. Hazırda Dənizçilik Akademiyasının tarix kafedrasının müdiridir.

R. İmanov 50-illik elmi-pedoqoji staca malik qocaman müəllim və səriştəli tarixçi alimdir. О, çalışdığı dövr ərzində "SSRİ-nin qabaqcıl maarif xadimi" adına layiq görülmüş, Azərbaycan Maarif Nazirliyinin və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin "Fəxri fərmanları" ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti

Rəftar İmanov elmi və pedoqoji fəaliyyəti ərzində 4 monoqrafiya, 10 elmi metodiki vəsait, 35 elmi-nəzəri və publistik məqalə nəşr etmişdir.

Kitabları

  1. Yeni sosialist şəhəri Daşkəsən tarixindən (1945–1970), (kitab). Elm nəşriyyatı, Bakı, 1973;
  2. Daşkəsən (monoqrafiya). Azərnəşr, 1977;
  3. Böyük Oktyabrın nailiyyətlərinin müdafiəsində. Bilik cəmiyyəti, Bakı, 1977;
  4. Dağlıq Qarabağda xalq təsərrüfatının inkişafı. Bilik cəmiyyəti, Bakı, 1980;
  5. Sosialist Dağlıq Qarabağı. Bakı, 1982;
  6. Çiçəklənən diyar (DQMV tarixinə aid monoqrafiya). Azərnəşr, 1984;
  7. Sovet Dağlıq Qarabağı. Azərnəşr, 1983;
  8. Sosializm təkmilləşdirilməsi şəratində Azərbaycan SSR DQMV iqtisadi və sosial inkişafına rəhbərlik sayəsində respublika partiya təşkilatının fəaliyyəti. Gəncə nəşriyyatı, 1989;
  9. Siyasi tarix fənninin ictimai elmlər sistemində yeri və rolu (metodiki vəsait). Gəncə, 1992;
  10. Azərbaycan tarixi fənninin ictimai elmlər sistemində yeri və rolu (metodiki tövsiyə). N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı, 1993;
  11. Dünya və Vətən mədəniyyəti tarixi (dərs vəsaiti). Bakı, Elm nəşriyyatı, 1996;
  12. Müharibədən sonra Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafı və onun başlıca istiqamətləri (1945–1991). Azərbaycan Dövlət Neft Akademiyası, Bakı, 1999;
  13. Azərbaycan və İran ikinci cahan müharibəsindən sonrakı illərdə. Bakı, 2000;
  14. Tarix fənni üzrə metodiki vəsait. Bakı, 2002;
  15. DQMV-nin təşkili və onun siyasi nəticələri. Azərbaycan Universitetinin nəşriyyatı, 2002
  16. Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin tarixi(kitab). Bakı, 2003;
  17. Azərbaycanın ərazi bütovlüyünə qəsd — Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti (monoqrafiya). Adiloğlu nəşriyyatı, 2005;
  18. Azərbaycanın ərazi bütövlüyünə qəsd — qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti, Bakı, 2006, 260 səh;
  19. Qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixindən (monoqrafiya). Azərbaycan Texniki Universitetin nəşriyyatı, Bakı, 2006, 230 səh;
  20. Dünya və Vətən mədəniyyəti tarixindən səhifələr. Nəşriyyat, 2007;
  21. Ömrün Qarabağ səhifələri. Azərbaycan Texniki Universiteti, Bakı, 2009;
  22. Müxtəsər Azərbaycan Tarixi (dərs vəsaiti). Bakı, 2010;
  23. Azərbaycan Dövlət Dəniz Akademiyası, dərs vəsaiti. Bakı, 2011;
  24. XVIII əsrin 90-cı illərində Qarabağ əhalisinin yadelli işğalçılara qarşı mübarizəsi tarixindən. Bakı, 2012;

Elmi məqalələri

  1. Azərbaycan Uralı. "Təşviqatçı" jurnalı, № 5, 1960
  2. Sosialist şəhəri (Daşkəsən). "Elm və həyat" jurnalı, № 3, 1970
  3. Yeni sosialist şəhəri Daşkəsənin yaranması və inkişafı tarixindən. Azərbaycan EA Xəbərləri, № 2, 1970
  4. Azərbaycan Uralında mədəni quruculuq. "Tarix və ictimaiyyət", № 2, 1970
  5. Daşkəsən yarışır. "Təşviqatçı" jurnalı, № 13, 1970
  6. Daşkəsən yeni beşillik illərində. "Təşviqatçı", № 13, 1973
  7. Duman arxasında şəhər. "Təşviqatçı", № 10, 1972
  8. Dostluğun bəhrəsi. "Təşviqatçı", № 23, 1974
  9. Hər şey cəbhə üçün. "Ulduz" jurnalı, № 4, 1975
  10. Xalqın böyük hünəri. "Təşviqatçı", № 7, 1975
  11. Xalqların dostluq hünəri. "Təşviqatçı", № 10, 1976
  12. Partiya və sosializm yarışı. "Təşviqatçı", № 22, 1976
  13. DQMV oktyabrın yetirməsidir. Bakı Dövlət Universitetinin elmi əsərləri, № 3, 1977
  14. Gütlərin şüurunda beynəlmiləlçilik ideyasının inkişafı. "Təşviqatçı", № 8, 1978
  15. DQMV sosialist inqilabı illərində. "Təşviqatçı", № 8, 1978
  16. DQMV-də planlar yerinə yetirilir. "Təşviqatçı", № 16, 1979
  17. DQMV Böyük Vətən Müharibəsi illərində. Bakı Dövlət Universitetinin elmi əsərləri, № 8, 1979
  18. Xalqın böyük hünəri DQMV materialları əsasında. "Təşviqatçı", № 7, 1980
  19. Azərbaycan tarixində xalqlar dostluğu movzusunun tədris metodikası haqqında. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1980
  20. Sovet adamları vətənpərvər və beynəlmiləlçidir. "Təşviqatçı", № 15, 1981
  21. Sov. İKP Mərkəzi Komitəsinin may 1977-ci il plenumunun materiallarının öyrənməsi. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1977
  22. Sovet xalqları və beynəlmiləlçilik. "Təşviqatçı", № 7, 1981
  23. Azərbaycan KP-nin DQMV-də sənayenin və kənd təsərrüfatının inkişafına rəhbərlik sahəsində fəaliyyəti (1971–1989). ADU-nun əsərləri, Bakı, 1982
  24. Lenin xalqlar dostluğu bayrağı altında. Azərbaycan EA Xəbərləri, № 4, 1982
  25. Dağlıq Qarabağın qəti addımları. "Təşviqatçı", № 21, 1983
  26. Dağlıq Qarabağ Muxtar Vilayəti. "Elm və həyat", № 11, 1983
  27. Dağlıq Qarabağın Mədəniyyət ocaqları. "Mədəni-maarifin işi" jurnalı. № 1, 1982
  28. DQMV Böyük Vətən Müharibəsi illərində, "Elm və həyat", № 5, 1985
  29. Beynəlmiləlçilik bizim bayramımızdır. "Təşviqatçı", № 19, 1986
  30. Coşğun və tərəqqi illəri (DQMV xalq maarifi). "Tarix-ictimaiyyət" jurnalı, 1986
  31. Tərəqqi və quruculuq yolu ilə. "Təşviqatçı", № 15, 1987
  32. Tarix mədəniyyət abidələri kursu ali məktəblərdə. Tarix və diyarşünaslığa dair ümumittifaq konfransında məruzə. Poltavo şəhəri, 11 fevral 1988-ci il
  33. Partiyanın aqrar siyasətinin öyrənilməsi. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1989
  34. Nəsillərə nümunə (B. Sərdarovun anadan olmasının 100 illiyi münasibətilə). "Təşviqatçı", № 5, 1989
  35. Azərbaycanda Sovet hakimiyyəti uğrunda mərd mübarizə. "Kommunist", 28 oktyabr 1989-cu il
  36. DQMV elm v mədəniyyətin inkişafı. Gəncə, 1989
  37. Milli müstəqillik uğrunda mübarizə. "Dialoq", № 18, 1990
  38. İnqilabi yenidənqurma. Vəzifələr və problemlər. "Tarix-ictimaiyyət" jurnalı, № 15, 1992
  39. Xalqın böyük hünəri. "Müəllim" qəzeti, 14 may 1995-ci il
  40. DQMV-nin yaranması və onun siyasi nəticələri. 17 oktyabr 1997-ci il
  41. Müasir dövrdə dinin elm və mədəniyyətlə vəhdətinin bəzi məsələləri (beynəlxalq simpozium). Bakı, 1997
  42. Müstəqilliyimizin ilk illərində milli dövlət quruculuğumuzun çətinlikləri və onları aradan qaldırmaq tədbirləri. ADR-in 80 illiyinə həsr edilmiş Elmi Konfrasın materialları, Azərbaycan Dövlət Neft Akademiyasının əsərləri, 21 may 1998-ci il
  43. Xocalı soyqırımı erməni vəhşiliyinin canlı nümunəsidir. "Xocalının səsi", 26.02.1999
  44. 28 aprel Azərbaycanın qara günlərinin başlamasıdır. "İki sahil" qəzeti, 29.04.1999
  45. Azərbaycanın XIX və XX əsr tarixi və onun tədris məsələləri. Respublika elmi-praktik konfransında məruzə, 17 oktyabr 1997-ci il
  46. Daşnaqların Qarabağ siyasəti, separatizmin mərhələləri. "Müxalifət" qəzeti, 4 aprel 1998-ci il
  47. Daşnaqların Qarabağ siyasəti. "Müxalifət" qəzeti, 8 aprel 1998-ci il
  48. Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır. AR Elmi Konfransının materialları. ADNA-nın nəşriyyatı
  49. "Politologiya və Sosiologiya" fənni üzrə dərs proqramı. AZTU nəşriyyatı, Bakı, 2005
  50. Qonlarma Dağlıq Qarabağ problemi və onun acı nəticələri. AR – 10-a həsr edilmiş praktiki konfransın materialları. ADNA əsərləri. 17 oktyabr 2001-ci il
  51. Xəzər Donanması Neft Stategiyasının mühüm vəsiləsidir. AR-10-a həsr edilmiş praktiki konfransın materialları, ADNA əsərləri. 17 oktyabr 2001-ci il
  52. Azərbaycan dənizçilik təhsili — 120. "Azərbaycan müəllimi" qəzeti, 22 noyabr 2001-ci il
  53. Azərbaycanda dənizçilik təhsilinin inkişafı. "Elm və təhsil", 22 noyabr 2001-ci il
  54. Deportasiya. "İki sahil" qəzeti, 25 may 2001-ci il
  55. Xəzər Dəniz Gəmiçiliyinin inkişafında H. Əliyevin təşkilatçılıq rolu. ADNA Elmi-praktiki Konfransın materialları. ADNA əsərləri. 30 mart 2003-cü il
  56. Azərbaycan Respublikası DQMV-nin yaranması və onun siyasi nəticələri. Azərbaycan Universitetinin nəşriyyatı, Bakı, 2003
  57. 1920–1921-ci illərdə Azərbaycan Gəmiçiliyinin inkişafı. ADDA-nın elmi əsərləri, Bakı, 2003
  58. XIX əsrin II yarısı XX əsrin əvvəllərində Azərbaycanda dəniz nəqliyyatının inkişafı. ADDA-nın elmi əsərləri, Bakı, 2003
  59. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər (Xocalı soyqırımı haqqında). Milli Akademiyanın Tarix İnstitutunun elmi əsərlər toplusu (Azərbaycan, rus və ingilis dilində), Bakı, 2003
  60. Nəqliyyat hüququnda daşıma öhdəliklərinin elementləri. Tərəflərin hüquq və vəzifələri. "Nəqliyyat hüququ" jurnalı, № 1, 2004-cü il
  61. Azərbaycan müstəqillik əldə etdikdən sonra gəmiçiliyin inkişafını şərtləndirən amillər. ADDA-nın elmi əsərləri, № 2, 2004-cü il
  62. Azərbaycan dənizçilik təhsilinin yaranması və inkişafı. ADDA-nın elmi əsərləri, № 3, 2005-ci il
  63. Azərbaycanın dəniz nəqliyyatı İkinci Dünya Müharibəsi illərində. Azərbaycan Ali Dənizçilik Məktəbinin nəşriyyatı, Bakı, 2005
  64. Böyük Vətən Müharibəsi illərində Azərbaycan su nəqliyyatı işçilərinin vətənpərvərlik hərəkatı. ADDA-nın elmi əsərləri, № 3, 2005
  65. Mədəniyyətşünaslıqdan proqram. ADTU-nun nəşriyyatı, 2005
  66. Erməni daşnaqlarının Qarabağ siyasəti. Seperatizmin mərhələləri. ADDA-nın elmi əsərləri, Bakı, № 4, 2006
  67. Deportasiya. 1918-ci il mart hadisələri. Azərbaycanlıların soyqırımı. "İki sahil" qəzeti, 25 mart 2000-ci il
  68. Azərbaycan dənizçilik təhsilinin inkişafı tarixindən. "Haqqın səsi", 1 iyun 2001-ci il
  69. Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır. "Dəniz" qəzeti, 5 oktyabr 2001-ci il
  70. Qondarma Dağlıq Qarabağ problemi və onun nəticələri. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 17–18 oktyabr 2001-ci il
  71. Azərbaycanın müstəqillyi əbədi və sarsılmazdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 17 oktyabr 2001-ci il
  72. Xəzər Donanması Neft Strategiyasının mühüm vəsiləsidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2001-ci il
  73. Azərbaycan dənizçilik təhsili — 120. "Azərbayca müəllimi", 22 noyabr 2011-ci il
  74. Azərbaycan dənizçilik təhsilinin inkişafı. "Elm və təhsil" qəzeti, 22 noyabr 2011-ci il
  75. Dağlıq Qarabağ hadisələri və onun acı nəticələri. Azərbaycan Respublikasının elmi konfransının materialları. Azərbaycan Universitetinin nəşriyyatı, may 2002-ci il
  76. Müstəqilyyimizin ilk illərində dövlət quruculuğumuzun çətinlikləri. Azərbaycan Dövlət Neft Akademiyasının əsərləri. may 1999-cu il
  77. XX əsrin ən böyük faciəsi (Xocalı soyqırımı). "Dəniz" qəzeti, 2001
  78. Həqiqət bütün dünyaya bəllidir. "Dəniz" qəzeti, aprel 2001-ci il
  79. ADDA-da vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi haqqında. "Dəniz" qəzeti, 17 may 2001-ci il
  80. Xocalı soyqırımı əsrin ən böyük faciəsidir. "Dəniz" qəzeti, 17 may 2001-ci il
  81. H. Əliyev və Azərbaycan Gəmiçiliyi. "Elm və təhsil" qəzeti, 2003
  82. Xəzər Dəniz Gəmiçiliyinin inkişafında H. Əliyevin təşkilatçılıq rolu. Azərbaycan Dövlət Neft Akademiyasının elmi-praktiki konfransının materialları. 30 mart 2003-cü il
  83. 1920–1991-ci illərdə Azərbaycanda gəmiçiliyin inkişafı. ADDA-nın elmi-texniki konfransının materialları. Bakı, 2003
  84. H. Əliyev və Xəzər Dövlət Dəniz Gəmiçiliyi. ADDA elmi konfransının materialları. Bakı, 2003
  85. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər (Soyqırımı haqqında). Milli Akdaemiyanın Tarix İnstitutunun elmi əsərləri toplusu. Kitab (Azərbaycan, rus və ingilis dilində). Bakı, 2003
  86. Müstəqil Azərbaycan Respublikasında Gəmiçiliyin inkişafını şərtləndirən amillər. ADDA elmi konfransının materialları. Bakı, 2004
  87. Müstəqilliyimizin ilk illərində. Milli dövlət quruculuğunun çətinlikləri. ADDA elmi konfransının materialları. Bakı, 2005
  88. XX əsr faciəsi — Xlcalı soyqırımı. Erməni vandalizminin bariz nümunəsidir. ADDA elmi əsərləri, № 5, Bakı, 2007
  89. Böyük İpək yolu və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi. ADDA elmi əsərləri, № 4, Bakı 2006
  90. Tarixi İpək yolu və Azərbaycan. "Nəqliyyat hüququ" jurnalı, Bakı, 2006
  91. Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranması və inkişaf tarixindən. ADDA elmi əsərləri, № 5, Bakı, 2007
  92. Azərbaycan Xalq Cümhuriyyəti — 90. Az müddətdə çox iş gördü. "Dəniz" qəzeti. 10 may 2008-ci il
  93. Xocalı soyqırımı — 15. Erməni vandalizminin bariz nümunəsi. "Dəniz" qəzeti. Bakı, fevral, 2007
  94. Şuşanın işğalının 15-ci ildönümü. Qarabağın tacı gözəl Şuşa. "Dəniz" qəzeti, aprel 2007
  95. ADXDG — 150. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaranması və inkişafı tarixindən. ADDA elmi əsərləri, № 7, 2008
  96. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi. Dövlət müstəqilliyinin bərpası (1988–1991). ADDA elmi əsərləri, № 7, 2008
  97. Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranması və inkişaf tarixindən. ADDA elmi əsərləri, № 5, 2007
  98. Neft strategiyasının reallaşmasında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rolu. ADDA elmi əsərləri, № 8, 2008
  99. Əsrin əvvəllərində Zaqafqaziyada milli münasibətlərin kəskinləşməsi. Erməni seperatizmi. ADDA elmi əsərləri, № 1, 2009
  100. Dövlət müstəqilliyinin bərpası dövründə respublikada siyasi böhran. Qarabağ müharibəsi (1991–1993). ADDA elmi əsərləri, № 1, 2009
  101. Neft strategiyasının reallaşması və Dəniz Gəmiçiliyi. ADDA elmi əsərləri, 2009
  102. Müsqtəqillik və onun möhkəmləndirilməsi uğrunda. Mübarizənin Heydər Əliyev mərhələləri. ADDA elmi əsərləri, № 1, 2010
  103. Azərbaycan II Dünya Müharibəsi illərində (1941–1945). ADDA elmi əsərləri, № 2, 2010
  104. XVIII əsrin 90-cı illərində Qarabağ əhalisinin yadelli işğalçılara qarşı mübarizəsi tarixindən (Şuşa şəhərinin yaranmasının 260 illiyinə həsr edilir). "Dəniz" qəheti, 27 may 2011-ci il
  105. Qarabağın tacı Şuşa şəhərini işğal edən Şah Qacarın həyatının son gecəsi. "Dəniz" qəzeti, 10 iyun, 24 iyun və 8 iyul 2011-ci il
  106. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi müstəqilliyimizin Heydər Əliyev mərhələsində. ADDA, elmi əsərləri, № 1, 2011
  107. XVIII əsrin 90-cı illərində Qarabağ əhalisinin yadelli işğalçılara qarşı mübarizəsi tarixindən. ADDA elmi əsərləri, № 1, 2011
  108. Müstəqilliyimizin Heydər Əliyev mərhələsi (1995–2000), ADDA elmi əsərləri, № 2, 2011
  109. Müstəqilliyimizin Heydər Əliyev mərhələsi (2000–2005), ADDA elmi əsərləri, 2012
  110. Səxavətli və maarifpərvər insan. Bakı, 2015
  111. Şərəfli həyat yolu seçən şəxsiyyət. Bakı, 2017
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Raftar Imanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Raftar Imanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes