Rafiq Aslanov
Quick Facts
Biography
Aslanov Rafiq Sabir oğlu — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Həyatı
27 fevral 1962-ci ildə Azərbaycan SSR, Füzuli rayonunda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin aparatında bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləmişdir.
1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışmışdır.
2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Mükafatları
Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş, 2018-ci ildə isə «III dərəcəli Əmək ordeni»ilə təltif edilmişdir.
Ailəsi
Ailəlidir, iki övladı var.