Qudsi Vanandi
Quick Facts
Biography
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad, İrəvan quberniyası) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri.
Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır.
Həyatı
Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhimoduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır:
Basəfalıqdan behiştdən dəm ular baği- Vənənd,
Gəzəsən aləmi hərçənd, tapılmaz belə kənd.
Özü bir güşeyi-cənnətdi, dutum, çeşməsi qənd
Qocalıq çünki salıb boynuma bir səxti kəmənd,
Neynirəm mən o qızıl təşti qusam qan, qocalıq!
Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır. Onun nüsxəsi Azərbaycan Əlyazmalar fondunda saxlanılır.
Yaradıcılığı
Zülfdən tər çəkib könlüm quşuna,
Səpibdir xaldan danə gözlərin.
Deyəsən Səyyadır pusquya girmiş
İstər qəmin etsin canə gözlərin.
Qüdsi təxəllüsüm, məskənim Vənənd
Yaşamış hicrində pərvanə manənd
Bir zaman ləbindən qıl barı xürsənd
Saldı məni nə böhtanə gözlərin.
Mənbə
- F. Qasımzadə. XIX əsr Azərbaycan tarixi. 1974.
- Əsgər Qədimov. Bir qəzəlin izi ilə. "Elm və Həyat", N 5, 1984.
- Azərbaycan Sovet Ensiklopediyası. III cild. səh. 293.