peoplepill id: qiyas-ibrahim
QI
Azerbaijan
1 views today
1 views this week
Qiyas Ibrahim
Azerbaijani activist

Qiyas Ibrahim

The basics

Quick Facts

Intro
Azerbaijani activist
Work field
Gender
Male
Place of birth
Azerbaijan, Azerbaijan
Age
30 years
The details (from wikipedia)

Biography

Qiyas İbrahim və ya Qiyas İbrahimov (d. 2 avqust 1994; Azərbaycan) — azərbaycanlı ictimai-siyasi fəal; "Amnesty International"-ın tanıdığı sabiq siyasi məhbus. Qiyas İbrahim və digər fəal Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar və həmin gündəcə Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olundular.Nəticədə Qiyas İbrahim və Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edildi. Amma özləri və yerli və beynəlxalq insan haqları qurumları, onların əslində Heydər Əliyevin abidəsinin postamentinə şüar yazdığları üçün həbs edildiyini bildirdilər. Həm Qiyas İbrahim, həmdə Bayram Məmmədov qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qaldıqlarını və işgəncələr altında ifadə verməyə məcbur edildiyini bildirdilər. Azərbaycanın Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı isə gənclərə işgəncələrin verilmədiyini bildirib.

Qiyas İbrahim və Bayram Məmmədovun həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən Azərbaycan iqtidarına, gənclərin azad edilməsi üçün təyziqlər edilməyə başlandı. "Freedom House" və "Amnesty International" qurumları Bayramı və Qiyası siyasi məhbus olaraq tanıdı. Birləşmiş Ştatların Azərbaycan Səfirliyi və Dövlət Departamenti, həmçinin Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa İnsan Haqları Məhkəməsi, "Amnesty International", "Human Rights Watch" və "Freedom House" Azərbaycan iqtidarına Qiyas İbrahim və Bayram Məmmədovun azad edilməsi çağırışını etdilər. 2019-cu il martın 16-da imzalanan əfv sərəncamına əsasən Bayram və Qiyas azadlığa buraxıldı. Onlardan savayı siyasi məhbus hesab olunan daha 51 nəfər həmin gün azad edildi.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə «Nərgiz» mükafatına layiq görülüb.

Həyatı

Əslən Tovuz rayonundan olan Qiyas İbrahim 1994-cü il avqustun 2-də anadan olub. Ailənin yeganə övladı olan Qiyas İbrahim atasız böyüyüb. Ali təhsilini Slavyan Universitetində alan Qiyas İbrahim, AzTV-də yayımlanan «61», İctimai TV-də isə yayımlanan «Xəmsə» oyunlarına qatılıb.

Fəaliyyəti

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar. Hər bir ifadənin aşağısında anarxistlərin rəmzidə yer aldı. Həmin fotolar mayın 10-u səhər saatlarında sosial mediada və xəbər portallarında yayıldı. Mayın 11-də isə gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun yoxa çıxması ilə bağlı məlumatlar yayıldı. Bununla belə, rəsmi məlumat yalnızca mayın 12-də verildi.

Həbs edilməsi

İctimai TV-nin efirində Qiyas İbrahim və Bayram Məmmədov adlı gənclərin Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup tərəfindən və külli miqdarda törədiləndə) ilə saxlanıldığı bildirildi. Həmçinin rəsmi məlumata əsasən onarın hər birindən 1 kiloqramdan artıq heroin tağıldığı və götürüldüyü bildirildi. Həm Qiyas İbrahimin, həmdə Bayram Məmmədovun aztəminatlı ailədən olmasıvə onlardan bu miqdarda maddələrin əldə edilməsi ilə bağlı olan rəsmi məlumat cəmiyyətdə birmənalı qarşılanmadı, bu ittihamlar həm yerli, həmdə beynəlxalq media tərəfindən, həmçinin hüququ müdafiəçiləri, yerli və beynəlxalq qurumlar tərəfindən saxta hesab edildi, cinayət işinin isə siyasi motivli olduğu bildirildi.

Qiyas İbrahim 2016-cı ildə

Gənclər saxlanıldıqdan zaman və sonra döyüldülər, həm Qiyas, həmdə Bayram qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qaldılar. Mayın 12-də Xətai rayon Məhkəməsində İbrahim İbrahimlinin sədrliyi baş tutan prosesdə Qiyas İbrahim və Bayram Məmmədov üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edildi.

"TBD

Biz bu hakimiyyətin köləsi olmamağı anlamışıq, doğruların, doğruları deyənlərin yanında olmuşuq. Sistem bizləri darmadağın etməyi düşünürdü.Amma bunu bacarmadılar. Təcridxanada deyirlərki, siz özünüzü dərin quyuya salmısınız. Bəli, biz özümüzü quyuya salıb, quyunun suyunu tapmağa çalışırıq. Bu sistemin çirkablarını yuyub təmizləyə bilər. Biz bu məqsədlə bu yola girmişik və sizlərdən də əfv diləməyəcəyik.

Biz bu qapıdan girəndə ədaləti çöldə qoyub girmişik. Bunu bizdən əvvəl ədalətsizliyə etiraz edənlərdə nəzərə almışdı. Bura bizim üçüm müvəqqəti istirahət yeridir. Verdiyiniz cəzanın ağırlığındanda çəkinmirik. Bu inam azadlıqa, doğrulara olan inamdır. Anam məhkəmədə dedi ki, bir ana kimi fəryad edir. Amma anam bilsin ki, övladı doğruların yanındadır. Övladı doğruların yanında olan analar fəryad etməsinlər. Prokuror 9 il iş istədi. Amma 12 il istəyə bilərdi. Bilirəm ki, bu çıxışımdan sonra peşmandır. Prokuror peşman olduğuna görə, mən burada şərlənirəm.

Qiyas İbrahimin son sözü
"


Prosesin sonunda Qiyas İbrahimin anası Şura Əmiraslanova jurnalistlərə müsahibə verdi.

"Bu gün məhkəmədə mənim oğluma 10 il iş veriblər. Mən oğlumla qürur duyuram. Olsun 10 il Qiyas üçün. Qiyas gəncdir. 10 il Qiyas üçün heçnədir. Mənim oğlumdan 10 il çaldı İlham Əliyev. Oğlunun vəzifədə oturması üçün. Eybi yox, Azərbaycanda çox oğullar var Qiyas kimi. Qiyasın gələcəkdə adı qalacaq, özü olmasa belə. Mənimdə ömrümə az qalıb. Bizim məhv eləmək istəyirsə, eləyə bilməyəcək. Bu gənclikdə, Qiyas kimi çox gənclər var Qiyasın arxasında. Qiyasın arxası ilə gedən gənclik çoxdur. İlham Əliyev onlardan qorx, Qiyasdan qorxma artıq. Çünki Qiyas sənin əlindədir. Artıq sözüm yoxdur.

Qiyas İbrahimin anası Şura Əmiraslanovanın BBC Azərbaycana cəzanın elan olunmasından sonra verdiyi müsahibə
"
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Qiyas Ibrahim is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Qiyas Ibrahim
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes