peoplepill id: qasim-khan-sarkar
QKS
Azerbaijan
1 views today
5 views this week
Qasim Khan Sarkar

Qasim Khan Sarkar

The basics

Quick Facts

Gender
Male
Birth
Place of birth
Shamakhi, Shemakha Uyezd, Baku Governorate, Azerbaijan
Death
Age
65 years
The details (from wikipedia)

Biography

Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı — 7-ci Şirvan xanı (1789 - 1792)

Həyatı

1763-cü ildə Ağsuda doğulub. Məhəmmədsəid xanın və Mahpəri xanımın (ö. 1790) oğlu idi. Qasım xan da ömrünün ilk hissəsini qardaşı Əsgər xan və əmisi оğlu Mustafa xanla sırayla Şəki xanı Məhəmmədhəsən xanın əsirliyində, Qarabağda və Osmanlı torpağı olan Axalxalakidə keçirmişdir. 1790-cı ildə Şirvan əyanlarının Əsgər xanı devirməsindən taxta çıxandan sonra 2 il hakimiyyətdə olub. 1792-ci ilin əvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. Abbasqulu ağa Bakıxanovun fikrincə incikliyin səbəbi təbəələr arasında fərq qoymaması, şirvanlılara arxalanmaq yerinə ləzgilərin hərbi gücündən istifadəsi idi. Nəhayət 1792-ci ildə Hövz mahalının naibi Yüzbaşı bəy Hövzi və Sərdərin mahalının naibi Ömər Sədari tərəfindən devrildi. Yerinə onun əmisi oğlu Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qasımxan qalasına çəkildi, oradan Quba xanlığına getdi.

Xanlığı geri almaq cəhdləri

1794-cü ildə Məhəmmədhəsən xan, Quba xanı Şeyxəli xan və Şirvan xanlığına iddialı Qasım xan birlikdə Ağsu üzərinə hücum etdilər. Ağsu bir neçə ay mühasirədə qaldı. Bir gün güclü yağış yağdı və sel çadırların böyük bir hissəsini məhv etdi. Ordunun vəziyyəti pisləşdi. Mühasirə altında olanlar Sərdərin mahalının naibi Ömər sultanın başçılığı ilə mühasirə edənlərə qarşı hücuma keçdilər. Şeyxəli xan və Məhəmmədhəsən xan öz xanlıqlarına qayıtdılar. Qasım xan isə Quba və Şəki arasındakı Qaraburqa dağında məskunlaşdı. 1795-ci ildə Valerian Zubovun yürüşü zamanı Qasım xan Hövz mahalının naibi Yüzbaşı bəyin köməyi ilə Qaraburqa dağından endi və Ağsu şəhərinin yaxınlığında düşərgə salmış qraf Valerian Zubovun hüzuruna gəldi. Qraf Valerian Zubov onu Mustafa xanın əvəzinə Şirvan xanı kimi tanıdı. Yenidən xan olmuş Qasım xan 1796-cı iləcən yenidən hakimiyyətdə qaldı. Ağaməhəmməd şah Qacarın hücumundan sonra yenidən Mustafa xanla əvəz olunmuşdur. Mustafa xanın Rusiya çarlığının hakimiyyətini qəbul etməsindən sonra Qasım xanla münasibətləri normallaşıb, Qasım xan Mustafa xanı İran mühacirliyi zamanı müşayiət edib. Mustafa xanın 1831-ci ildə Şirvana qayıtmasından sonra Qasım xanın ailəsi də geri dönüb.

Ölümü və ailəsi

Qasım xan 1828-ci ildə İranda və Bəhrud deyilən yerdə dəfn edilmişdir. 1793-cü ildə əmisi Ağası xanın qızı Kafiyyə xanımla (1766-1849) evlənmişdir. Övladları:

  • İsgəndər bəy (1795-1864) - İsmail bəy qızı Gövhər xanımla evlənmişdir.
    • Məhəmmədsaleh xan (1850-?)
    • Yəhya xan (1853-?)
  • Allahverdi bəy (1796-1818) - 1814-cü ildə Basqal qəsəbəsinin yüzbaşısı Hacının qızı Nisə bəyimlə (ö. 1834) evlənib.
    • Ömər bəy (1816 - ?) - 1844-cü ildə Bicolu Şahbaz bəy Şıxəlibəylinin qızı Həcər xanımla evlənmişdi.
      • Məhəmmədsəid bəy
      • Kafiyyə sultan (1846 - ?) - Əsgər xanın oğlu Məhəmmədli bəylə evlənmişdir.
      • Töhfə xanım
    • Osman bəy (1816 - ?) - 1848-ci ildə Bicolu Şahbaz bəyin qızı Ruhiyyə xanımla evlənmişdi.
      • Qəmər xanım (1849 - ?) - dayısı oğlu Hacı Mehdi bəy oğlu Şahbaz bəylə evlənmişdir.
    • Fətəli bəy (1820 - 1881) - Basqallı Xəlil qızı Hüsniyyə xanımla evlənib:
      • Allahverdi bəy
      • Teymur bəy
      • Ağarza bəy (1880 - 1959)
        • Kamal Qasımov (1910 - 1941) - Haqqında "Vətən oğlu" filmi çəkilmişdir.
        • Fətəli Qasımxanov (1905 - ) - Bakı Dövlət Universitetində həndəsə müəllimi olub.
        • Mahmud Qasımxanov (1908 - 1982) - Qırmızı Ulduz Ordeni laureatı,Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Texniki Universitetində rəsmxət və həndəsə müəllimi olub.
          • Xanlar Qasımxanov
    • Ruqiyyə xanım
  • Məmməd Səid xan (1797-1827)
    • İbrahim bəy (1818-1862)
      • Həmid bəy (1851-?)
      • Səməd bəy (1853-?)

Möhürü

Şirvan xanı Qasım xanın xanlıq möhürü Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aşkarlanmışdır.

Mənbə


The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Qasim Khan Sarkar is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Qasim Khan Sarkar
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes