Qarib Ali Ucaturk
Quick Facts
Biography
Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı
Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub.
Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.
Mükafatları
- "Qızıl Qələm" (2011),
- "Azərbaycan Bayrağı" diplomu (2013)
Filmoqrafiya
- Qonağımız var" rubrikasında "Şair Qərib Əli Ucatürklə görüş" (film-televeriliş, 2014)
Kitabları
- Geridə qalmış günlər. 1985
- Yaman dardı bu dünya. 1990
- Dünya türkə açılır. 1995
- Zəmanənin suçu. 1997
- Məşhər ayağı. 2000
- Çaldıran harayı. 2001
- Turana gedən yol. 2005
- İtmiş dünya. 2014
Ədəbiyyat
- F.Əlizadə, M. Əlizadə. "Yaman dardı bu dünya" kitabı haqqında. "Dil və Ədəbiyyat" jurnalı. Bakı-1999, N-1 (23)
- Ağamusa Zeynalov. "Bir şairin iki kitabı haqqında söz". "İnsan hüquqları" qəzeti, 15 noyabr 2000-ci il, N-18 (118).
- Elmə həsr edilmiş ömür. "Respublika" qəzeti, N-172(4755), 8 avqust 2013.
- Müdrik alim, istedadlı bəstəkar, nəcib insan. "Respublika" qəzeti, N-151(4155), 21 iyul 2011.
- Ziyalı və ziyalılıq". "Respublika" qəzeti, N-082( 2020), 10 aprel 2004.
- "Əl saxla", "Bezdim bu dünyadan" (şeirlər). "Vahid Azərbaycan" qəzeti, N-3 (03), 29 iyul 2003.
- Biz bədbəxtliyə düçar olmuş xalqa kömək etmək üçün gəlmişik. "XXI əsr" qəzeti, N-4 (04), 15 iyun 1995.
- Dilini qoru-mənliyimi qoru (şeir). "Təhsil problemləri" qəzeti, N-9-10 (72-73), 21-29 fevral 2004.
- Nənənin sevinc payı (şeir). "Bizim əsr" qəzeti, N-14 (991), 10-16 aprel 2004.
- "Azərbaycan günəşi", "Türk əsgəri" (şeirlər). "Mənim Azərbaycanım" qəzeti, N-04 (11), iyun 2003.
- Nənənin sevinc payı (şeir). "Təhsil problemləri" qəzeti, N-52-53 (55-56), 21-30 noyabr 2003.
- Səkinə Mansurova.. "Şair Qərib Əli Ucatürkün yaradıcılığında Turanın və Turançılığın tərənnümü". "Dil və Ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnalı. Bakı-2016, N-2 (98)
- Səkinə Mansurova.. "Şair Qərib Əli Ucatürk yaradıcılığında vətənsevərlik". "Dil və Ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnalı. Bakı-2016, N-4 (96)
Redaktoru olduğu kitablar
- Udicə-Azərbaycanca-Rusca lüğət. "Ləman" Nəşriyyat-Poliqrafiya MMC, Bakı-2010.
- "Унивеситетская наука производству" "Bakı univerciteti" nəşriyyatı,Bakı-1984.
- "İstehsalın səmərəliləşdirilməsinin elmi əsasları"(məsul katib), "Bakı univerciteti" nəşriyyatı,Bakı-1987.
- Xidməti istifadə üçün bpoşüra (tərtibçi)."Новые приборы,устройства,методики,материалы и технологические процессы разработанные учеными АГУ,предлогаемые для внедрения в народном хояйство" ."Bakı univerciteti" nəşriyyatı,Bakı-1983.
Rəy verdiyi kitablar
- R.B.Mobili."Научнаяобщественная деятельность" kitabına rəy. "Adiloğlu" n., Bakı - 2008
- Sudef Sail Molla Abbas Fədau oğlu "Ənbiyalar məclisi" (III kitab) kitabına rəy.
*Sudef Sail Molla Abbas Fədau oğlu "Ənbiyalar məclisi" (IV kitab) kitabına rəy.