Parvana Zangazurlu
Quick Facts
Biography
Pərvanə Zəngəzurlu — "Aşıq Pəri" məclisinin sədri, şairə, "Qızıl qələm" mükafatı laureatı.
Həyatı
Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci)bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən "Aşıq Pəri" məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. "Aşıq Pəri" məclisinin rəhbəridir.
Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb.
2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. 2013-cü ildən "Aşıq Pəri" Məclisinin rəhbəridir.
Ailəlidir, 2 övladı var.
Kitabları
- "Qayıt gəl", "Maarif" nəşriyyatı, Bakı-2000..
- "Dağlar yuxuma girir", "Maarif" nəşriyyatı, Bakı-2002.
- "Zəngəzur həsrəti", "Maarif" nəşriyyatı, Bakı-2003.
- "Tanrım, məni başdan yarat", "Maarif" nəşriyyatı, Bakı-2005.
- "Lal haraylar", "Nurlan" nəşriyyatı, Bakı-2005.
- "Vətən qürbətdə qaldı", "Nurlan" nəşriyyatı, Bakı-2006
- "Çoxala-çoxala azalan ömrüm", "Şirvan" nəşriyyatı, Bakı-2009.
- "Yarı yolda qoyma məni", "Şirvan" nəşriyyatı, Bakı-2013.
- "İslam inciləri", "Şirvan" nəşriyyatı, Bakı-2013.
Mükafatları
- "Xan qızı Natavan".
- "Qızıl qələm"mükafatı.