peoplepill id: orxan-rahimli
OR
Azerbaijan
1 views today
1 views this week
Orxan Rahimli
Soldier of the Azerbaijani Armed Forces, Martyr of the 2nd Karabakh war

Orxan Rahimli

The basics

Quick Facts

Intro
Soldier of the Azerbaijani Armed Forces, Martyr of the 2nd Karabakh war
Gender
Male
Place of birth
Xaçmaz, Oghuz District, Azerbaijan
Place of death
Shusha, Shusha District, Nagorno-Karabakh Autonomous Oblast, Azerbaijan
Age
26 years
Education
Azerbaijan State Oil and Industrial University
(2011-2015)
Awards
Medal "For their homeland"
(2020)
"Brave Warrior" Medal
(2020)
For the Liberation of Shusha Medal
(2020)
The details (from wikipedia)

Biography

Orxan Rəşid oğlu Rəhimli (28 aprel 1994, Xaçmaz, Oğuz rayonu16 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000–2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011–2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Dağ mədən mühəndisliyi" üzrə ali təhsil alıb. Subay idi.

Hərbi xidməti

Orxan Rəhimlinin döyüşlərdən son fotosu

Orxan Rəhimli 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

Rəvan Lətifov, Orxan Rəhimli və Elşən Əhmədli
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
  • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Orxan Rahimli

Basics

Introduction

Həyatı

Hərbi xidməti

Təltifləri

Lists

Also Viewed

Lists
Orxan Rahimli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Orxan Rahimli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes