peoplepill id: ogtay-alibeyli
OA
Russia Azerbaijan
1 views today
32 views this week
Ogtay Alibeyli
Azerbaijani engineer

Ogtay Alibeyli

The basics

Quick Facts

Intro
Azerbaijani engineer
Work field
Gender
Male
Place of birth
Yerevan, Armenia
Place of death
Saray, Baku Uyezd, Baku Governorate, Azerbaijan
Age
54 years
Family
Father:
Vidadi Əliyev
Education
Azerbaijan State University of Culture and Arts
Azerbaijan
Ogtay Alibeyli
The details (from wikipedia)

Biography

Oqtay Vidadi oğlu Əliyev (19 iyun 1968, İrəvan22 mart 2023, Saray, Abşeron rayonu) — O, televiziya prodüseri, rejissor idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.

Həyatı

Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğuldu. 1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirdi. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil almışdır.

1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olmuşdur.

1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.

O, "Biz +" jurnalının təsisçisi idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.

Ailəsi

Xalq artist Vidadi Əliyevin və xalq artisti Elmira İsmayılovanın övladı, əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, Elçin Əlibəylinin qardaşı idi.

Onun Aytən və Banu adında iki qızı var idi.

Ölümü

Oqtay Əliyevin Ümumşəhər qəbiristanlığındakı məzarı

Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında öldü. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdır.

Televiziya fəaliyyəti

Müəllif və Baş prodüser kimi

  • "Həftə çal-çağırı" — Space tv
  • "İşdən sonra" — Space tv
  • "Zarafatyana" – ANS
  • "Çal-çağır" – ATV
  • "Qırmızı xətt" – ABA
  • "Qərib filmlər" – ABA
  • "Yeni ulduz" (Pop idol) beynəlxalq musiqi yarışması — ATV
  • "Xalq ulduzu" milli musiqi yarışması- ATV
  • "Kim kimdir?" (İntuition) beynəlxalq layihə — ATV
  • "Çal-çağır şou"- ATV
  • "Burada və indi"- ATV
  • "Yalan doğru" (Detector show) beynəlxalq layihə- Space tv
  • "Zəhmətkeş ulduzlar"- Space tv
  • "Gülmək qadağandır" – ATV
  • "Yuxunuz şirin olsun"- Space tv
  • "Cehiz"- ATV
  • "Səs verməyin"- ATV
  • "Şou +" – Space tv
  • "Cer-cehiz"- ATV
  • "Söz oyunu" – ATV
  • "Günaydın"- Space tv
  • "Belə yaxşıdır"- ATV
  • "Tamamla"- ATV

Baş prodüser kimi

  • "Sirr" teleserialı- ATV
  • 3 bacı (film, 2012-2014) (bədii serial) — Space tv
  • "Miras" teleserialı- ATV
  • "Qayınanamız" teleserialı- ATV
  • Hoqqa (film, 2017)

Filmoqrafiya

  1. 3 bacı (film, 2012-2014) (bədii serial) - baş prodüser, layihə rəhbəri, rol: münsif
  2. Həyat, deyəsən, gözəldir (film, 2022) (tammetrajlı bədii film) - aktyor
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Ogtay Alibeyli

Basics

Introduction

Həyatı

Ailəsi

Ölümü

Televiziya fəaliyyəti

Filmoqrafiya

Lists

Also Viewed

Lists
Ogtay Alibeyli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Ogtay Alibeyli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes